Mövlud Çavuşoğlunun Avropa İttifaqına çağırışı

Xarici işlər naziri Avropa İttifaqına (Aİ) çağırış edərək “Türkiyənin Aİ üzvlüyünü səhmana salağın və daha 30 il gözləməyək” deyib.

1201889
Mövlud Çavuşoğlunun Avropa İttifaqına çağırışı

Çavuşoğlu Avropa İttifaqına (Aİ) çağırış edərək “Türkiyənin Aİ üzvlüyünü səhmana salağın və daha 30 il gözləməyək” deyib.

Çavuşoğlu ABŞ-ın etibarlı beynəlxalq qəzetlərindən “Politico” üçün yazdığı məqalədə Türkiyə-Aİ əlaqələrini qiymətləndirib.

Türkiyə-Aİ əlaqələrinin bir daha ümidsiz görüntü ortaya qoyduğunu vurğulayan Çavuşoğlu “Ancaq prosesi səhmana salmaq üçün avropalı dostlarımızla birlikdə razılıq əldə edə biləcəyimiz barədə heç şübhəm yoxdur” ifadələrini işlədib.  

Türkiyənin olduğu qədər Aİ-nin Türkiyəyə ehtiyacının olduğunu vurğulayan Mövlud Çavuşoğlu “Daha 30 il gözləməyək” çağırışı edib.

ABŞ-dakı 11 sentyabr hücumları, Ərəb baharı, qlobal maliyyə və miqrant böhranı daxil olmaqla yaxın tarixdə əhəmiyyətli dönüş noqtələrinin Türkiyə-Aİ əlaqələrinin strateji əhəmiyyətini dəfələrlə sübuta yetirdiyini dilə gətirən Çavuşoğlu davamla bildirib ki,  bundan başqa, iqtisadi, siyasi, təhlükəsizlik və şəxsiyyətlə əlaqədar mövzular Türkiyənin Aİ üçün strateji bir tərəfdaşdan daha çox olduğunu göstərmişdir. Türkiyə əgər Aİ üzvü olsaydı bu günün son dərəcə dəyişən dünya nizamının çətinliklərini müştərək müzakirə etmək mövzusunda daha bacarıqlı və savadlı olacağımıza inanıram. Bunun üçün daha bir 30 il gözləməyək.

Hər şeydən əvvəl Türkiyə-Aİ əlaqələrinin onurğasını formalaşdıracaq olan iştirak danışıqlarını yenidən başlatmağın vacib olduğunu vurğulayan Çavuşoğlu Gömrük Birliyini də hər kəsin xeyrinə olacaq şəkildə aktuallaşdırmaq üçün müzakirələrin başladılmasını qeyd edib.



Әlaqәli Xәbәrlәr