Türkiyə Fransaya reaksiya göstərdi

Türkiyənin Paris səfiri İsmayıl Hakkı Musa Fransa mətbuatında səfirliyin dəstəklədiyi Türk məktəbinin açılmasına dair yer alan iddialar və bu ölkənin təhsil nazirinin açıqlamalarının qəbul edilməz və təəssüf doğurduğunu söylədi.

1201043
Türkiyə Fransaya reaksiya göstərdi

Türkiyənin Paris səfiri İsmayıl Hakkı Musa Fransa mətbuatında səfirliyin dəstəklədiyi Türk məktəbinin açılmasına dair yer alan iddialar və bu ölkənin təhsil naziri Jan Mişel Blanquerin açıqlamalarının qəbul edilməz və təəssüf doğurduğunu söylədi.

Fransa mətbuatında iddia edildiyinin əksinə Türkiyənin anidən Fransada Türk məktəbi açmaq üçün bir gündəm yaratmadığını bildirən səfir Musa Türkiyədəki Fransız məktəbləri “Charles de Gaulle” və “Pierre Loti”nin hüququ statusunun müəyyənləşdirilməsi məqsədilə 2012-ci ildən bəridir fəaliyyətlərin davam etdirildiyini xatırlatdı.

Səfir Musa bu çərçivədə payızda Fransadan bir heyətin Türkiyəyə gəldiyini bildirərək “Bu məktəblər səfirliyin (Fransa) dəstəklədiyi məktəblərdir. Həmin məktəblərin statusu müəyyən bir hüquqi çərçivədə yerləşdirilərkən, bizim gözləntimiz Türkiyə olaraq Fransada eyni şəkildə işləyəcək iki məktəbin açılmasıdır. Bu barədə razılıq versələr qarşılıqlı olaraq bu problem öz həllini tapacaqdır. Məsələnin həlli üzərində işləyirlər. Məxfi şəkildə davam etdirilən bu prosesin ümum ictimaiyyətlə bölüşülməsinin diplomatik əsaslarla üst-üstə düşmədiyini düşünürük” dedi.

“Le Point” jurnalının əlaqədar qaynaqlara əsaslanaraq bu barədə xəbər yazması ilə həmin barədəki məlumatların Fransa tərəfindən sızdırıldığının aydın olduğuna diqqət çəkən səfir Musa “Təhsil naziri Blanquerin bu mövzuda səhv məlumatlandırıldığını düşünmək istəyirik, çünki etibar etdiyimiz bir dövlət xadimidir. Bu ifadələr qəbul edilə bilməz və təəssür doğurmuşdur. Türkiyənin hər hansı bir sistemin ixracında olduğunu iddia etmək məntiqlə izah ediləcək bir vəziyyət deyil” ifadələrini işlətdi.



Әlaqәli Xәbәrlәr