Ərdoğan: "Bütün ölkələri Fələstin və Qüds məsələsində daha həssas davranmağa çağırırıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzada törətdiyi cinayətlərin gündəmə gəlməməsi üçün mətbuat mətbuat orqanlarını bombalamaqdan belə çəkinmədiyini bildirdi.

1199288
Ərdoğan: "Bütün ölkələri Fələstin və Qüds məsələsində daha həssas davranmağa çağırırıq"


 Türkiyə prezidenti və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan  AK Partiya  Mərkəzində təşkil olunan Ənənəvi Səfirlər İftarda çıxış etdi.
 
 Çıxışında regionun qanayan yarası olan Fələstin probleminin daha da mürəkkəb vəziyyətə salındığını birlikdə təqib etdiklərini bildirən Ərdoğan: "Son 2 ildə Qüdslə bağlı beynəlxalq hüquqa zidd və müqəddəs dəyərlərə məhəl qoymayan bir çox addım atıldı. Bunlar azmış kimi, indi də mübarək ramazan ayının əvvəlində Qəzzaya qarşı günahsız insanların həyatına qəsd edən hücumlar həyata keçirilir" dedi.
 
Ərdoğan İsrailin Qəzzədə törətdiyi cinayətlərin gündəmə gəlməməsi üçün Türk media orqanlarının da arasında olduğu mətbuat mətbuat orqanlarını bombalamaqdan belə çəkinmədiyini vurğulayaraq:"Mətbuat azadlığı məsələsində həssaslıq nümayiş etdirən ölkələr və təşkilatlar bu hücumlar qarşısında heç bir reaksiya göstərmədi, göstərmir" dedi.
 
 Fələstin məsələsində ikidövlətli həll anlayışına zərər verəcək bütün cəhdlərə qarşı olduqlarını bildirən Ərdoğan bunları qeyd etdi: "İslam Əməkdaşlıq Təşkilatına sədrliyimiz dövründə həyata keçirdiyimiz 2 fövqəladə sammitdə bu məsələ ilə bağlı ismarışlarımızı bütün dünyaya göndərdik. Bütün ölkələri Fələstin və Qüds məsələsində daha həssas davranmağa və fəal mövqelər ortaya qoymağa dəvət edirik".



Әlaqәli Xәbәrlәr