Türkiyə İraqın paytaxtı Bağdadda törədilən terror aktını qınadı

Xarici İşlər Nazirliyindən xain hücum ilə bağlı yayılan yazılı bəyanatda:

1198972
Türkiyə İraqın paytaxtı Bağdadda törədilən terror aktını qınadı

“Bağdadın Sadr məhəlləsində törədilən terror aktı nəticəsində ölənlər və yalalılar olduğu xəbəri bizi kədərləndirdi. Uzun illərd davam edən qarşıdurmalardan sonra ölkədə sülh, təhlükəsizlik və sabitliyin yenidən bərpa edilməsinə dair güclü addımların atıldığı bir dövrdə törədilən hücumu lənətləyirik. Belə alçaq hücumlar İraqda daimi sabitliyin təmin edilməsi uğrunda lazımlı addımların atılmasına mane ola bilməyəcək. Türkiyənin qardaş ölkə İraqa terrora qarşı mübarizəsində güclü dəstəyi davam edəcək. Xain hücumda həyatını itirənlərin ailələri başda olmaqla qardaş İraq xalqı və hökumətinə baş sağlığı verir yaralılara təcili şəfa arzulayırıq.



Әlaqәli Xәbәrlәr