Türkiyə Şimali Kıbrıs Türk Cümhuriyyətinin haqlarını ən güclü şəkildə müdafiə etməyə davam edəcəkdir

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Şərqi Aralıq dənizində təktərəfli addımlara və baş verənlərə göz yummayacağını bildirdi.

1196630
Türkiyə Şimali Kıbrıs Türk Cümhuriyyətinin haqlarını ən güclü şəkildə müdafiə etməyə davam edəcəkdir

Türkiyə Şimali Kıbrıs Türk Cümhuriyyətinin haqlarını ən güclü şəkildə müdafiə etməyə davam edəcəkdir.

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Ankarada Çankaya köşkündə keçirilən NATO Şurası və NATO Aralıq dənizi Dialoqu Tərəfdaşları yığıncağından əvvəl etdiyi çıxışında söylədi.

Çavuşoğlu həm Aralıq dənizli həm də avropalı bir müttəfiq olan Türkiyənin “iki bölgənin təhlükəsizliyini eyni anda bütövün bir-birlərini tamamlayan hissələri” olaraq gördüyünü bildirərək, Aralıq dənizi bölgəsində baş verən böhranların Avropaya təsir etdiyinə diqqət çəkdi.

Bölgədəki problemlərin həllinin sadəcə kağız üzərində qalan həmrəylik və əməkdaşlıq ismarışlarla mümkün olmadığını qeyd edən Çavuşoğlu həmrəylik ruhunun həqiqi mənada yaranması və yanaşmalar ilə əməliyyatlarda balanslı olmağın əhəmiyyətli olduğunu bildirdi.

Terrorla mübarizədə fərq qoymayacaqlarını vurğulayan Çavuşoğlu “Terrorçular arasında yaxşı-pis fərqi qoya bilmərik” dedi.

Türkiyənin Şərqi Aralıq dənizində təktərəfli addımlara və baş verənlərə göz yummayacağını qeyd edən Çavuşoğlu “Şərqi Aralıq dənizinin sülh və sabitliyi, beynəlxalq hüquqdan və tarixi həqiqətə hörmətdən asılıdır. Türkiyə bu anlayışal həm özünün həm də Kıbrıs türkünün qanuni haqq və mənfəətlərini ən güclü şəkildə müdafiə etməyə davam edəcəkdir” deyə bildirdi.



Әlaqәli Xәbәrlәr