Türkiyə Rusiyaya başsağlığı verdi

Türkiyə Moskvada baş verən təyyarə qəzasında həyatını itirənlər üçün Rusiyaya başsağlığı verdi.

1195471
Türkiyə Rusiyaya başsağlığı verdi

Türkiyə Moskvada baş verən təyyarə qəzasında həyatını itirənlər üçün Rusiyaya başsağlığı verdi.

Xarici İşlər Nazirliyinin açıqlamasında Rusiyanın paytaxtı Moskvadakı Şeremetyevo hava limanında baş verən qəza nəticəsində çox sayda insanın həyatını itirməsindən dərin kədər duyulduğu bildirilib.

Açıqlamada qeyd olunub ki, bu kədərli hadisəyə görə Rusiya xalqının və hökumətinin kədərini bölüşür və həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirik.

Qeyd edək ki, Moskvanın Şeremetyevo hava limanında "Moskva – Murmansk" reysi ilə hərəkət edən sərnişin təyyarəsi eniş zamanı yanmağa başlayıb. Təyyarədəki sərnişinlərdən 41-i həyatını itirib.



Әlaqәli Xәbәrlәr