Minomet hücumu nəticəsində üç Türkiyə əsgəri şəhid oldu, biri yaralandı

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir...

1195158
Minomet hücumu nəticəsində üç Türkiyə əsgəri şəhid oldu, biri yaralandı

  Türkiyənin Hakkari rayonu hərbi bazasına mayın 4-ü İraqın şimalındakı terrorçular tərəfindən edilən minomet hücumu nəticəsində 3 əsgər şəhid olub, biri yaralanıb.

  Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir:

  “Sərhəd bölgəsindəki bir baza PKK/YPG terrorçuları tərəfindən İraqın şimalından minomet atəşinə tutulub. Terrorçuların hücumu nəticəsində 3 əsgər şəhid olduğu, biri yaralanıb.

  Hadisədən dərhal sonra terrorçulara aid hədəflər özünümüdafiə hüququ çərçivəsində bölgədəki quru qüvvələri tərəfindən atəşə tutulub, hava hərəkatı ilə dəstəklənən əməliyyatlar başlanıb.

  Bizi dərin kədər və hüznə boğan bu hadisədə həyatını itirən əziz şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvələri və nəcib millətimizə başsağlığı və səbr, yaralanan qəhrəman silah dostumuza şəfalar diləyirik".



Әlaqәli Xәbәrlәr