Türkiyә XİN ABŞ-ın Ankaradakı sәfirliyinin açıqlamasına reaksiya göstәrib

Türkiyәnin Xarici İşlәr Nazirliyi Amerika Birlәşmiş Ştatlarının Türkiyәdәki sәfirliyinin Beynәlxalq Mәtbuat Azadlığı Günündә  verdiyi açıqlamaya reaksiya göstәrib.

1194799
Türkiyә XİN ABŞ-ın Ankaradakı sәfirliyinin açıqlamasına reaksiya göstәrib

 

Türkiyәnin Xarici İşlәr Nazirliyi Amerika Birlәşmiş Ştatlarının Türkiyәdәki sәfirliyinin Beynәlxalq Mәtbuat Azadlığı Günündә  verdiyi açıqlamaya reaksiya göstәrib.

Xarici İşlәr Nazirliyindәn verilәn açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘ Amerika Birlәşmiş Ştatlarının Ankaradakı sәfirliyinin Türkiyә ilә bağlı әsassız çağırışlarını təəssüflə qarşılayırıq. Demokratiya, insan hüquqları vә qanunun aliliyi ictimaiyyәtimizin tәmәl daşını tәşkil edir’’.

Qeyd edәk ki, Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun ABŞ-ın Ankara Səfirliyinin Beynəlxalq Mətbuat Azadlığı Günündə “Twitter” vasitәsilә verdiyi açıqlamaya  toxunaraq bildirib ki, ABŞ-ın mətbuat azadlığının arxasına gizlənməkdən əl çəkməsi barədə təkidlərimizi davam etdirəcəyik.

Altun Səfirliyin “Twitter” səhifəsində yer alan “Türkiyəni söz  azadlığına, adələtli məhkəmə olması barədə zəmanət verməyə və məhkəmələrin müstəqilliyinə hörmət etməyə, bunları zəmanət altına almağa çağırmağa davam edəcəyik” ifadələrinə şəxsi hesabı üzərindən cavab verib: “ABŞ-ın mətbuat azadlığının arxasına gizlənməkdən əl çəkməsi barədə təkidlərimizi davam etdirəcəyik. Rəsmi Vaşinqton digər ölkələri günahlandırmaq əvəzinə ifrat səviyyədə yoxsulluq və ayrı-seçkilik  kimi uzun müddətdir davam edən problemlərlə maraqlanmalıdır”.  



Әlaqәli Xәbәrlәr