"Türkiyəyə yönəldilmiş hər hansı terror təhdidini qəbul edə bilmərik", H.Akar

Milli Müdafiə naziri Hulusi Akar Suriyanın şimalında Fərat çayının şərqində Türkiyəyə yönəldilmiş bir terror təhdidi olmasını qəbul etməyəcəklərini söyləyib.

1194540
"Türkiyəyə yönəldilmiş hər hansı terror təhdidini qəbul edə bilmərik", H.Akar

Milli Müdafiə naziri Hulusi Akar Suriyanın şimalında Fərat çayının şərqində Türkiyəyə yönəldilmiş bir terror təhdidi olmasını qəbul etməyəcəklərini söyləyib.

Hulusi Akar özəl televiziya kanallarından birinə verdiyi müsahibədə deyib ki, dostumuz, müttəfiqimiz, strateji tərəfdaşımız ABŞ-dan bizim tələbimiz terror təşkilatı PKK-dan fərqlənməyən YPG-nin yaxın zamanda bölgədən çıxarılması, bunların silahlarının əllərindən alınması və sərhədlərimizdən ən az 30-40 km cənuba tərəf aparılmasıdır.

Akar Suriyada yaradılacaq təhlükəsiz bölgənin nəzarətinin Türkiyədə olmasının vacibliyini vurğulayıb.

Rusiyadan satın alınacaq S-400 zenit-raket sisteminin F-35 döyüş təyyarələrinin əmin-amanlığını təhlükə ilə qarşı-qarşıya gətirəcəğinə dair iddalar barədə Hulusi Akar bildirib ki, F-35-lərlə S-400-lər birbirlərinə hər hansı şəkildə təsir etməyəcəkdir. Bunanla bağlı görülməsi vacib olan bütün tədbirləri gördük və görməyə də hazırıq.

Nazir Akar ABŞ-dan gələn Patriot sistemlərinin tədarüklərilə əlaqədar qiymətləndirmələrin də davam etdiyini bildirib.

Suriyanın Tel Rıfat bölgəsindəki YPG/PKK mövcudluğuna da toxunan Akar “Rusiyanın oradaki YPG üzvü terrorçuların çıxarılacağı barədə bizə verdiyi bəzi vədlər var, ancaq indiyədək təəssüf ki, bunu yerinə yetirmədilər” ifadələrini işlədib.



Әlaqәli Xәbәrlәr