"Türkiyə boru kəmərinin Bosniya və Herseqovinaya çatdırılması üçün istənilən dəstəyi verəcək"

Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyənin “Türk axını” boru kəməri layihəsinin (TurkStream)  Bosniya və Herseqovinaya çatdırılması üçün istənilən dəstəyi verəcəyini söylədi.

1194120
"Türkiyə boru kəmərinin Bosniya və Herseqovinaya çatdırılması üçün istənilən dəstəyi verəcək"

Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyənin “Türk axını” boru kəməri layihəsinin (TurkStream)  Bosniya və Herseqovinaya çatdırılması üçün istənilən dəstəyi verəcəyini söylədi.

 Dövlət başçısı Erdoğan Bosniya və Herseqovinaya Rəyasət Heyətinin sədri Milorad Dodik və Rəyasət Heyətinin üzvü Şefiq Caferoviç, təkbətək və heyətlər arasındakı görüşlərdən sonra Prezident İqamətgahında birgə mətbuat konfransı keçirib.

Rəyasət Heyətinin üzvlərilə əsas mövzuları müzakirə etdiklərini bildirən Ərdoğan “İmzaladığımız yenilənmiş Azad Ticarət Müqaviləsi 1 milyard dollarlıq ticarət həcminə nail olmağımıza töhfə verəcəkdir. Müqavilə protokolu mətnini bu gün imzaladığımız Sarayevo-Belgrad Magistralı Layihəsinin də Bosniya və Herseqovinanın sabitliyinə güclü təsirinin olacağına inanıram" deyib.

 Energetika, müdafiə sənayesi, turizm, kənd təsərrüfatı və heyvandarlıq sahələrində atılacaq addımların da gündəlikdə yer aldığını bildirən Ərdoğan “Xüsusilə “Türk axını” boru kəməri layihəsinin Bosniya və Herseqovinaya da çatdırılması nöqtəsində əlimizdən gələn dəstəyi verəcəyik" deyə vurğulayıb.

 Bosniya-Herseqovina Rəyasət Heyətinin sədri Milorad Dodik isə Türkiyənin Bosniya və Herseqovinanın Avropa-Atlantika qurumları ilə inteqrasiyası yolundakı səylərə və NATO-ya üzvlük kimi məsələlərə dəstək verdiyini bildirib.

 Dodik Bosniya və Herseqovinanın “Türk axını” Layihəsinə daxil olmasına toxunaraq “Türkiyəni Qərbə bağlayan bu marşruta Bosniya və Herseqovinanın da bağlanması böyük əhəmiyyət daşıyır" deyə qéyd edib.



Әlaqәli Xәbәrlәr