Kıbrıs Rum Rəhbərliyinin dəvət edilməsi böyük bir qəflətdir

Türkiyə Avropa Müttəfiq Qüvvələr Ali Komandanlığının (SACEUR) təhvil mərasimində NATO nəzdində statusu olmayan Kıbrıs Rum Rəhbərliyinin dəvət edilməsinin ciddi bir qəflət olduğunu bildirdi.

1194720
Kıbrıs Rum Rəhbərliyinin dəvət edilməsi böyük bir qəflətdir

Türkiyə Avropa Müttəfiq Qüvvələr Ali Komandanlığının (SACEUR) təhvil mərasimində NATO nəzdində statusu olmayan Kıbrıs Rum Rəhbərliyinin dəvət edilməsinin ciddi bir qəflət olduğunu bildirdi.

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy SACEUR-in komandanlığının təhvil verilməsi mərasiminə Kıbrıs Rum Rəhbərliyinin dəvət edilməsilə bağlı suala verdiyi yazılı cavabda vurğulayıb ki, Belçikanının Mons şəhərində yerləşən SHAPE qərargahında bu gün təşkil edilən SACEUR-in komandanlığının təhvil verilməsi mərasiminə adı çəkilən qərargah tərəfindən digər Avropa İttifaqı üzvlərilə birlikdə NATO nəzdində hər hansı statustu olmayan Cənubi Kıbrıs Rum Rəhbərliyinin də dəvət edilməsi tolerantlıqla izah edilməsi qeyri-mümkon olan böyük bir qəflətdir. SHAPE qərargahının özünün təşəbbüsü ilə etdiyi aydın olan bu məntiqdən uzaq rəftarını qınayırıq. Adı çəkilən qərargah Türkiyə daxil NATO üzvlərinin siyasi nəzarətindədir və bu anlayışla hərəkət edilməsinin vacibliyini bir daha xatırlatırıq.  

Hami Aksoy bu durumdan Türkiyənin xəbər tutması nəticəsində təşkil edilən təhvil vərmə mərasimində Türkiyədən iştirakçı olmadığına işarə edərək deyib ki, SHAPE qərargahının bu əfv edilməz səhvi necə etdiyinin işıqlandırılması məqsədilə təşəbbüslər qaldırıldı. Belə addımların NATO ilə Aİ arasındakı əməkdaşlığa xeyrinin olmayacağı məlumdur.



Әlaqәli Xәbәrlәr