“Venesuelada problemlər dialoq və əməkdaşlıq çərçivəsində həllini tapa bilər”, M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin dövlət çevirilişlərinin, hərbi müdaxilələrin əleyhinə olduğunu bildirərək, Venesuelada problemlərin dialoq və əməkdaşlıq çərçivəsində həllini tapa biləcəyini bildirib.

1193946
“Venesuelada problemlər dialoq və əməkdaşlıq çərçivəsində həllini tapa bilər”, M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin dövlət çevirilişlərinin, hərbi müdaxilələrin əleyhinə olduğunu bildirərək, Venesuelada problemlərin dialoq və əməkdaşlıq çərçivəsində həllini tapa biləcəyini bildirib.

Mövlud Çavuşoğlu paraqvaylı həmkarı Luis Kastiglionilə paytaxt Ankarada keçirilən birgə mətbuat konfransında Venesueladakı çevriliş cəhdinə toxunaraq deyib ki, hərbi bir müdaxilə Venesuela xalqının qanını axıdacaqdır. Xaricdən təzyiqlə hakimiyyət dəyişikliyi Venesuelanı xaosa aparıb çıxaracaq.

ABŞ ilə Suriya mövzusundakı görüşlərə də toxunan Çavuşoğlu “ABŞ-ın Suriyadan çıxması yaxud hərbçi sayını ixtisar etməsi və (Türkiyə ilə sərhəddə) təhlükəsiz bölgə daxil bütün bu mövzuları müzakirə edən bir vəzifə gücümüz var. Fikir mübadiləsi və qarşılıqlı müzakirələr sayəsində yaxınlaşma olduğunu söyləyə bilərik” deyə vurğulayıb.

ABŞ-ın İrana sanksiyalarına da toxunan Çavuşoğlu “Məhsul mübadiləsi ilə əlaqədar bəzi mövzuları İranın xarici işlər naziri Cavad Zəriflə müzakirə etdik. Bizim üçün idxal edilən neftin qaynağını müxtəlifləşdirmək qısa müddətdə qeyri-mümkündür. İraq nefti üçün neftayırma zavodlarımızın uyğun olduğunu söyləmişdik, lakin Kərkükdən gələn Ceyhan kəmərinin zərər gördüyünü ifadə etmişdik. Bunun təmir edilməsi lazımdır. Bizim üçüncü başqa ölkədən neft aldığımız zaman da neftayırma zavodlarımızın da texnologiyalarını yeniləmək lazımdır. Bunun da ciddi xərci var” deyib.

Sudan və Liviyada baş verənləri də qiymətləndirən Çavuşoğlu “ Sudan və Liviya xalqının toqquşmalardan zərər görməməsi vacibdir. Liviyada konfransların başladığı bir vaxtda Hafterin hücum etməsi və Tripolini vurması bizim qəbul edə biləcəyimiz bir vəziyyət deyil. Biz hər hansı bir tərəfi dəstəkləmirik. Bəziləri Hafterin terrorla mübarizə etdiyini söyləyir, amma terror təşkilatları milli həmrəylik hökumətinə hücum edir. Burada terror təşkilatları hər kəsin düşmənidir” ifadələrini işlədib.



Әlaqәli Xәbәrlәr