Türkiyə ABŞ-ın dini hesabatına reaksiya göstərdi

Türkiyə Amerika Birləşmiş Ştatları Beynəlxalq Dini Azadlıqlar Komissiyasının hesabatına reaksiya göstərdi.

1193403
Türkiyə ABŞ-ın dini hesabatına reaksiya göstərdi

  Türkiyə Amerika Birləşmiş Ştatları Beynəlxalq Dini Azadlıqlar Komissiyasının hesabatına reaksiya göstərdi.

  Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Həmid Aksoy ABŞ Beynəlxalq Dini Azadlıqlar Komissiyasının 2019-cu il hesabatının Türkiyə bölümündə yer alan ifadələrə dair verdiyi yazılı açıqlamada bildirib:

  “FETÖ (Fətullahçı Terror Təşkilatı) mənsublarını “dini təzyiqə məruz qalan sünni müsəlmanlar” adlandırması bu hesabatın nə qədər həqiqətdən uzaq olduğunu və şər mərkəzlərinin təsirilə qələmə alındığını açıq şəkildə ortaya qoyur. Terror təşkilatı olması onlarca məhkəmə qərarı ilə müəyyən edilən FETÖ-nün “Türkiyə tərəfindən hökuməti devirmək cəhdi iddiası ilə günahlandıran Fətullah Gülən və müridləri” kimi təqdim olunması terrora bilərəkdən göz yummaq anlamına gəlir.

  Azlıqda olan icmaların nümayəndələri tərəfindən ötən il dərc edilən, Türkiyədə fərqli inanc sahiblərinin təzyiq altında olmadan yaşadıqlarını bildirən birgə bəyanatda “Türkiyə dini azadlığın ən gözəl sübutudur” yazılıb.

  Yunan Pravoslavları patriarxı, Türkiyə Erməniləri ratriarx vəkili və Türkiyə Yəhudi sinaqoqu ilə yanaşı süryani, xaldey və protestant nümayəndələrinin imzası olan sözügedən bəyanatı ABŞ “Türkiyə tərəfindən koordinasiya edilən”, “siyasi səbəblərlə yazılan” adlandıraraq iftira atıb.

  Dini Azadlıqlar Komissiyası Təmsilçilər Məclisində bir müsəlman nümayəndəsi belə olmayan, İslamofobiya ilə mübarizədə yetərli iradə nümayiş etdirməyən və öz dini azlıqlarına qarşı belə hücumlara mane olmaqda aciz qalan ABŞ hökuməti və konqresinin Türkiyəni tənqid etməsi ziddiyyət göstəricisidir.

  Terror təşkilatlarının dini azadlıqlara qarşı təhdidinin hədd mərhələsinə çatdığı bu çətin dövrdə Türkiyə fərqli din və inancların sülh içində yaşadığı bir cəmiyyət olmaqla dünyaya bir nümunədir".

  Türkiyə Prezident Aparatı sözçüsü İbrahim Kalın da ABŞ-ın dini azadlıqlar hesabatının Türkiyə bölümünə münasibət bildirərək deyib:

  “Hesabat bitərəf deyil. ABŞ rəsmiləri FETÖ həqiqəti və sübutlarıyla razılaşmayıb bu terror təşkilatını məsumlaşdırmağa çalışır.

  Türkiyə tərəfli və yaxşı niyyətdən uzaq sözügedən hesabatı şiddətlə qınayır.

  ABŞ rəhbərliyi və konqresini ölkəmizin reallıqlarını təhrif etməyə yönəlik bu səhvdən qayıtmağa çağırırıq".



Әlaqәli Xәbәrlәr