Ceyms Cefrinin Türkiyə səfəri

Amerika Birləşmiş Ştatlarının Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri (James Jeffrey) mayın 1-də Türkiyənin paytaxtına gəlib.

1193410
Ceyms Cefrinin Türkiyə səfəri

  Amerika Birləşmiş Ştatlarının Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri (James Jeffrey) mayın 1-də Türkiyənin paytaxtına gəlib.

 Ankarada xüsusi nümayəndənin ilk dayanacağı Prezident İqamətgahı (Aparatı) olub.

 C.Cefri və başçılıq etdiyi ABŞ nümayəndə heyəti Prezident Aparatı sözçüsü İbrahim Kalın və nümayəndə heyəti ilə görüşüb.

 Türkiyənin milli təhlükəsizlik prioritetlərinin açıq şəkildə vurğulandığı görüşdə Fəratın şərqində və Suriya içində terrorla mübarizə, təhlükəsiz bölgə, Münbiç yol xəritəsinin həyata keçirilməsi, DAEŞ, PKK/YPG/PYD də daxil olmaqla, bütün terror ünsürlərinə qarşı hərəkat, İdlib anlaşmasının qorunması, Suriyanın ərazi bütövlüyü çərçivəsində siyasi həllə çatılması və Suriyanın yenidən inşası məsələləri müzakirə edilib.

  Yaradılması planlaşdırılan təhlükəsiz zona ilə Türkiyənin təhlükəsizlik narahatlıqlarının aradan qaldırılacağı və bölgənin bütün terror qruplarından təmizlənəcəyi bildirilib.

  Görüşdə Suriya məsələsində əməkdaşlığın etimad və şəffaflıq prinsipləri əsasında davam etdirilməsinin əhəmiyyəti də vurğulanıb.

  ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri daha sonra Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önalla bir araya gəlib. O, ölkənin milli müdafiə naziri Hulusi Akar, Milli İstihbarat Təşkilatının rəisi Hakan Fidanla da görüşüb. Bütün söhbətlər zamanı Suriyadakı hadisələr ətraflı şəkildə müzakirə olunub.



Әlaqәli Xәbәrlәr