"Türkiyənin təhlükəsizlik narahatlıqları ciddi qəbul edilməlidir"

Türkiyə, təhlükəsizlik ilə bağlı narahatlıqlarına başqa ölktələr biganə qaldıqları üçün Rusiyadan S-400 hava müdafiə sistemlərini satın almaq qərarına gəldi. Bunu Prezidentin sözçüsü İbrahim Kalın deyib.

1192004
"Türkiyənin təhlükəsizlik narahatlıqları ciddi qəbul edilməlidir"

İbrahim Kalin, “İstanbul Təhlükəsizlik Konfransı 2019”-un açılış iclasında etdiyi çıxışında: “Bütün ölkələrin təhlükəsizlik ilə əlaqəli ehtiyacları təmin edilməlidir. Hərkəs üçün təhlükəsizlik bərpa edilənə qədər heç kəs güvəndə ola bilməyəcək. Türkiyə illərdir ki, öz təhlükəsizlik problemləriylə mübarizə edir. Türkiyə Avropanın təhlükəsizlik arxitekturasında iştirak edən bir ölkədir. Regionda əhəmiyyətli rola malikdir. NATO başda olmaqla müttəfiqləri və qonşularının təhlükəsizliyini təmin edir. Bu səylərinin də qarşılığını gözləyir. Türkiyənin təhlükəsizlik narahatlıqları müzakirə olunmalı və ciddi yanaşılmalıdır. Türkiyə Suriya ərazilərindən hər cür hücuma məruz qaldı. Belə bir vəziyyətlə qarşı-qarşıya olarkən, müttəfiqləri Türkiyidəki hava müdafiə sistemlərini geri çıxardılar. Bunun idrakı çətindir. Cərəyan edən bu proseslər, Türkiyə əleyhinə atılan addımlar S-400 müdafiə sistemləri satın alma qərarında təsirli oldu”-deyə İbrahim Kalın vurğulayıb.



Әlaqәli Xәbәrlәr