Türkiyə Qızılayından Yəmənə qida yardımı

Türkiyə Qızılayı Yəmənin cənubunda yerləşən Ədəndə 500 qutu qida yardımı payladı.

1191132
Türkiyə Qızılayından Yəmənə qida yardımı


 Türkiyə Qızılayı Yəmənin cənubunda yerləşən Ədəndə  500 qutu qida yardımı payladı.

 300 qida qutusunun Hudeydə və Taizdən gələn köçkünlərə, 200-nün isə Hur Mekser rayonunda yerləşən universitet tədris korpusundakı tələbələrə verildiyi bildirildi.
 
 Türk Qızılayının nümayəndə heyətinin rəhbəri Mustafa Aydın qida yardımının Türk Qızılayının ramazan ayının yaxınlaşması münasibətilə Yəmənin müxtəlif şəhərlərində başlatdığı humanitar yardımlar çərçivəsində həyata keçirildiyini söylədi.
 
Aydın Türk Qızılayının 20 apreldən bu yana Mərib, Hadramevt, Ebyen, Ədən, Lahic və Taizdəki köçkünlərə və tələbələrə 11 min qutudan ibarət qida yardımının çatdırıldığını qeyd etdi.
 
Türk Qızılayı mart ayında da Mərib və Əl-Cevf şəhərlərində 8 mindən artıq qutudan ibarət qida yardımını etmişdi.
 
Xatərladaq ki, uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə Husilər ilə hökumətə tabe olan qüvvələr arasında qarşıdurmalar olur.
 
 Husilər 2014-cü ilin sentyabr ayından etibarən  paytaxt Sana və bəzi bölgələrə nəzarət edirlər. Səudiyyə Ərəbistanının rəhbərliyi altındakı koalisiya qüvvələri isə 2015-ci ilin martından bu yana Yəmən hökumətinə  Husilərə qarşı  dəstək verir.



Әlaqәli Xәbәrlәr