Türkiyə Böyük Millət Məclisi işinə başlayır

Türkiyə Böyük Millət Məclisi 31 martda keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar verdiyi iki aylıq fasilədən sonra bu həftə işlərinə yenidən başlayacaq.

1191199
Türkiyə Böyük Millət Məclisi işinə başlayır

Türkiyə Böyük Millət Məclisi 31 martda keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar verdiyi iki aylıq fasilədən sonra bu həftə işlərinə yenidən başlayacaq.
 
 Türkiyə Böyük Millət Məclisi 24 fevral, bazar günündən etibarən fasilə verdiyi  işlərinə 30 aprel, çərşənbə axşamı günü başlayır.
 
 Məclisin bu həftəki gündəmində beynəlxalq müqavilələr məsələsi var. Türkiyə ilə müxtəlif ölkələr arasında imzalanmış beynəlxalq müqavilələrin təsdiq edilməsinə dair qanun təklifləri Məclisin sessiyalarında müzakirə olunacaq.
 
Türkiyə Böyük Millət Məclisinin üzvləri 1 May- Beynəlxalq Əmək və Həmrəylik Gününün rəsmi tətil olması səbəbindən çərşənbə günü işləməyəcəklər.



Әlaqәli Xәbәrlәr