Mövlud Çavuşoğlu İraq xarici işlər naziri ilə görüşdü

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanın bu ilin sonuna yaxın İraqa səfər edəcəyini bildirdi.

1191228
Mövlud Çavuşoğlu İraq xarici işlər naziri ilə görüşdü
cavusoglu-el hekim.jpg

İraqda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanın bu ilin sonuna yaxın bu ölkəyə səfər edəcəyini bildirdi.
 
 Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və İraq xarici işlər naziri Məhəmməd Əli əl-Həkim İraqın paytaxtı Bağdadda görüşdülər. Xarici işlər nazirləri  görüşdən sonra birgə mətbuat konfransı keçirdilər.
 
 Çavuşoğlu həmkarı Həkimlə Türkiyə və İraq arasında ikitərəfli münasibətləri hərtərəfli şəkildə müzakirə etdiklərini və regional mövzularda fikir mübadiləsi apardıqlarını ifadə etdi.
 
 İraqlıların evlərinə qayıtması üçün yenidənqurma işlərində Türkiyənin İraqın yanında olduğunu qeyd edən Çavuşoğlu Mosul və Bəsrə Baş Konsulluqlarından sonra Nəcəf və Kərkükdə də konsulluqların açılmasını istədiklərini söylədi.
 
 Çavuşoğlu ikitərəfli əlaqələri daha da inkişaf etdirmək istiqamətində birgə fəaliyyət göstərməyə davam edəcəklərini bildirərək, İraq prezidenti Bərhəm Salehin bu il Ankaraya etdiyi səfər zamanı qəbul edilən qərarların həyata keçirilməsi üçün birlikdə işlədiklərini vurğuladı.
 
 Sonrakı prosesdə İraq baş naziri Adil Əbdülmehdini Türkiyədə qarşılamağa görə şad olacaqlarını deyən Çavuşoğlu:"Bu ilin sonuna yaxın prezidentimiz Rəcəb Tayyib Ərdoğan da 4-cü Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında  iştirak etmək üçün İraqa səfər edəcək"dedi.
 
 Çavuşoğlu regional məsələlərdə İraq ilə Türkiyənin mövqelərinin üst-üstə düşdüyünü vurğuladı.



Әlaqәli Xәbәrlәr