""Anzaq günü" münasibətilə dünyanı bir daha sülhə çağırırıq", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan ortaq kədərləri, yeni düşmənçilikləri yaratmaq deyil, dostluğun, sevginin, sülhün vasitəsinə çevirmə mövzusunda Çanaqqalanın beynəlxalq ictimaiyyətə nümunə olmasını arzu etdiyini bildirdi.

1189880
""Anzaq günü" münasibətilə  dünyanı bir daha sülhə çağırırıq", R.T. Ərdoğan
erdogan.jpg
erdogan.jpg

Prezident Rəcəb Tayyib Ərdoğan ortaq kədərləri, yeni düşmənçilikləri yaratmaq deyil, dostluğun, sevginin, sülhün vasitəsinə çevirmə mövzusunda Çanaqqalanın beynəlxalq ictimaiyyətə nümunə olmasını arzu etdiyini bildirdi.

Prezident Ərdoğan “Anzak günü” münasibətilə yaydığı mesajda Çanaqqalada quruda gedən döyüşlərin 104-cü ildönümündə bu torpaqlarda vətənlərini və şərəflərini müdafiə edən minlərlə əsgər, şəhid və qazini rəhmətlə yad  etdiyini bildirərək qeyd edib ki, bu gün Çanaqqala döyüşlərində canlarından keçən hər millətdən bütün əsgərləri yad edirik.  "Anzaq günü" münasibətilə ölkəmizdə olan qonaqlarımız vasitəsilə bütün dünyaya sülh çağırışımızı bir daha dilə gətiririk.

Mesajında “Cümhuriyyətimizin banisi Qazi Mustafa Kamal Atatürkün uzaq diyarlardən övladlarını müharibəyə göndərən analara verdiyi “Övladlarınız bizim bağrımızda əmin-amanlıq içindədir” ifadələrini xatırladan Ərdoğan “Onlar bu torpaqlarda canlarından keçəndən sonra artıq bizim övladlarımız olmuşdur” sözlərinə həmişə yiyə dururuq. Bu nöqtədə yeni nəsillərin üzərinə düşən məsuliyyət Çanaqqalada qanla, başla, əzmlə, cəsarətlə daşa, torpağa, dənizə qazılan dostluq mesajlarına yiyə durmaqdır. Yeni müharibələrin yaşanmaması, gələcək nəsillərin sülh dolu bir dünyada yaşaya bilmələri üçün hamımızın üzərinə böyük məsuliyyət düşür. Çanaqqala qəhrəmanlarımızı bir daha hörmətlə xatırlayır, tədbirlərə görə ölkəmizdə olan qonaqlarımızı və vətəndaşlarımızı qəlbən salamlayıram” deyib.  



Әlaqәli Xәbәrlәr