Xarici İşlər naziri Mövlud Çavuşoğlu terrora qarşı mübarizəsində Şri-Lankaya dəstəyini bildirdi

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türk xalqının terrora qarşı mübarizəsində Şri-Lanka ilə çiyin-çiyinə olduğunu bildirdi.

1189331
Xarici İşlər naziri Mövlud Çavuşoğlu  terrora qarşı mübarizəsində Şri-Lankaya dəstəyini bildirdi

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türk xalqının terrora qarşı mübarizəsində Şri-Lanka ilə çiyin-çiyinə olduğunu bildirdi.

Çavuşoğlu Şri-Lankadakı terror hücumları səbəbi ilə başsağlığı vərmək məqsədilə bu ölkənin Ankaradakı Səfirliyində olub, açılan təziyə dəftərini imzalayıb.

Nazir Çavuşoğlu mesajında hücumları sərt şəkildə bir daha qınadığını vurğulayaraq, Şri-Lanka hökumətilə hücumlarda yaxınlarını itirənlərin ailələrinə təziyələrini çatdırdığını bildirib.

“Şri-Lankada 21 aprel tarixində kilsə və otellərdəki günahsız insanları hədəf götürərək 300-dən artıq insanı qətlə yetirən və daha çox insanın xəsarət almasına səbəb olan xain hücum ilə sarsıldıq. Sevdiklərini itirən ailələrə təsəlli vermək üçün kəlmələr kifayətsiz qalır. Həmçinin həyatını itirənlər arasında olan iki vətəndaşımız üçün yas saxlayırıq. Hökumətimiz adından hücumları ən sərt şəkildə bir daha qınayır və Şri-Lanka hökumətinə və ailələrə təziyələrimi bildirərəm. Türk xalqı bu terror aktını qınamaqda Şri-Lanka xalqı ilə birlikdə və onlar üçün dua edir. Biz terrora qarşı mübarizəsində Şri-Lanka ilə çiyin-çiyinəyik” deyə Çavuşoğlu qeyd edib.  

Şri-Lankanın Ankara Səfirliyinin sosial şəbəkə hesabında yer tutan açıqlamada “Cənab xarici işlər nazirinə Türkiyə təşkilatları və insanlarına bu çətin zamanlarda verdikləri dəstək və həmrəylik üçün təşəkkür edirik” ifadəsi yer alıb.



Әlaqәli Xәbәrlәr