Ərdoğan yerini Ozan Sözeyataroğluna təhvil verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 23 Aprel münasibətilə yerini Kuvayi-Milliyə orta məktəbinin 6-cı sinif şagirdi Ozan Sözeyataroğluna təhvil verdi.

1188481
Ərdoğan yerini Ozan Sözeyataroğluna təhvil verdi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 23 Aprel münasibətilə yerini Kuvayi-Milliyə orta məktəbinin 6-cı sinif şagirdi Ozan Sözeyataroğluna təhvil verdi.

  Milli təhsil naziri Ziya Selçukun başçılığı ilə uşaqları Prezident Kompleksində qəbul edən Ərdoğan deyib:

  "Gələcəyimizin təminatı olan siz uşaqlarımızın 23 Aprel Milli Suverenlik və Uşaq Bayramını təbrik edirəm. Bu münasibətlə bütün dünya uşaqlarına səmimi qəlbdən sevgilərimi göndərirəm.

  Qazi Mustafa Kamal Atatürk başda olmaqla dövlətimizin Türkiyə Böyük Millət Məclisi və onun bu günlərə gəlməsində əməyi olan hər kəsi minnətdarlıqla anıram.  

  Şagird və tələbələrin öz işgüzarlıq və uğurları ilə Türkiyəni daha yüksək mərtəbələrə qaldıracaqlarına inanıram. Sizin əllərinizdə bu ölkə dünya səhnəsində hüquq etikası səviyyəyə çatacaq. Ümidlərinizi heç vaxt itirməyin, arzularınızın sönməsinə heç vaxt yol verməyin, xəyallarınızın qarşısına heç bir maneə qoymayın. Unutmayın ki, siz 2200 illik tarixi olan, şanlı qələbələr və fəth dolu bir millətin övlaslarısınız.

  Bir daha 23 Aprel Milli Suverenlik və Uşaq Bayramınızı təbrik edirəm".



Әlaqәli Xәbәrlәr