23 aprel tarixi hər il Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd olunur

Türkiyənin hər bir tərəfində bu gün bayram əhval-ruhiyyəsi yaşanır.

1182318
23 aprel tarixi hər il Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd olunur

  Beynəlxalq Uşaq günü Türkiyə Respublikasının qurucusu və ilk dövlət başçısı Mustafa Kamal Atatürkün dünya uşaqlarına verdiyi bir hədiyyədir. 

  Türkiyənin hər bir tərəfində bu gün bayram əhval-ruhiyyəsi yaşanır. 

  23 Apreldə bayram Türkiyə Respublikası dövlət adamlarının, Anıtkabir də daxil olmaqla, müxtəlif Atatürk abidələri yanında rəsmi mərasimlərlə başlayır, stadionlarda ibtidai təhsil şagirdlərinin hazırladığı nümayişlərin sərgilənməsi və rəsmi keçidlərlə davam edir.

  Rəsmi tədbirlərdən sonra müxtəlif növ yarışmalar keçirilir. Müxtəlif qeyri-hökumət təşkilatları və ya qurumlar tərəfindən təşkil edilən tədbirlərə yer verilir.

  1979-cu ildən qeyd olunmağa başlayan TRT Beynəlxalq 23 Aprel Uşaq Şənliyi 23 Apreli bütün dünya uşaqlarının qeyd etdiyi bir bayram halına gətirməyi məqsəd qoyub. Birinci dəfə yalnız SSRİ, İraq, İtaliya, Rumıniya və Bolqarıstanın iştirak etdiyi şənliyə hazırda təxminən 50-dən çox ölkənin uşaqları qatılır. 1979-cu ildən 2000-ci ilə qədər Türkiyənin paytaxtı Ankarada təşkil edilib, daha sonra ölkənin başqa şəhərlərində də həyata keçirilir.

  “Bu günün balacaları sabahın böyükləridir” deyən Atatürk bayram ərəfəsində dövlətin idarəsinin uşaqların öhdəsinə buraxılması ənənəsinin əsasını qoyub. Bu çərçivədə keçirilən 23 aprel tədbirlərində uşaqlar nitq söyləyir, şeirlər oxuyur. Hər il 23 apreldə Türkiyə prezidenti, baş naziri, şəhər valiləri, bələdiyyə sədrləri, kənd və qəsəbə muxtarları öz yerlərini müəyyən olunan uşaqlardan birinə verir. Azyaşlıların bu vəzifədə verdiyi göstərişlərə də riayət olunur.



Әlaqәli Xәbәrlәr