Hulusi Akar: ''Problemlәrin sülh vә dialoq yolu ilә hәll olunması üçün sәy göstәrirk''

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar Anadolu Agentliyinin  Egey vә Aralıq dәnizlәrindәki son proseslәr ilә bağlı suallarını cavablandırıb.

1186984

Türkiyәnin beynәlxalq müqavilәlәrә hәr zaman hörmәtlә yanaşdığını vurğulayan Hulusi Akar bildirib ki, qonsularımızla münasibәtlәrimizin hәr zaman  yaxşı olmasını arzılayırıq. Bütün qonşularımızın eyni şәkildә hәrәkәt etmәlәrini  gözlәyirik.

Egey ilә  Aralıq dәnizindә vә Kiprdә yaşanan problemlәrin sülh vә dialoq yolu ilә hәll olunması üçün sәy göstәrdiklәrini ifadә edәn Hulusi Akar bildirib ki, Egey vә Aralıq dәnizindә atılan addımlar әldә olunan beynәlxalq müqavilәlәrә ziddir. Müqavilәlәrә zidd olan, dostluq vә qonşuluq anlayışı ilә üst-üstә düşmәyәn pozuntulara son verilmәlidir.

‘‘Yunanıstanlı hәmkarımdan  bu vә digәr mәsәlәlәr ilә bağlı sәmimi vә  konstruktiv tәdbirlәr görmәlәrini gözlәyirәm. Türkiyә öz hüquq vә mәnfәәtlәrini beynәlxalq hüquq normaları çә-rçivәsindә qorumaqda qәrarlıdır’’,-deyә Türkiyәnin milli müdafiә naziri qeyd edib.

Әlaqәli Xәbәrlәr