Türkiyə Yəmənə humanitar yardımlarını davam etdirir

Türkiyə Yəmənə humanitar yardım fəaliyyətləri çərçivəsində 11 min ərzaq bağlaması göndərdi.

1186551
Türkiyə Yəmənə humanitar yardımlarını davam etdirir

Türkiyə Yəmənə humanitar yardım fəaliyyətləri çərçivəsində 11 min ərzaq bağlaması göndərdi.

Türkiyənin Qızıl Aypara Cəmiyyətinin sədri Mustafa Aydın 11 min ərzaq bağlamasının paylanmasına Marib şəhərindən başlandığını bildirib.

440 tona yaxın yardımın aprelin 30-dək paylanacağını ifadə edən Aydın yardımların Ramazan ayı əvvəlində Marib, Hadramevt, Əbeyn, Lahic, Ədən və Taiz şəhərlərində ehtiyacı olanlara, daxildəki qaçqınlara, şəhid ailələrinə və Quran kursu tələbələrinə çatdırılacağını qeyd edib.

Türkiyə müxtəlif cəmiyyətlərin vasitəsilə Yəməndə hərbə görə ev-eşiklərindən edilən qaçqınlar və yoxsul ailələlərə köməklik göstərir.



Әlaqәli Xәbәrlәr