Əkrəm İmamoğlu İstanbul bələdiyyə sədri vəsiqəsini aldı

İstanbulda 31 mart bələdiyyə seçkilərindən 17 gün sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri məlum oldu.

1185598
Əkrəm İmamoğlu İstanbul bələdiyyə sədri vəsiqəsini aldı
ekrem imamoglu1.jpg

İstanbulda 31 mart bələdiyyə seçkilərindən 17 gün sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri məlum oldu.
 
 Cümhuriyyət Xalq Partiyası və İYİ Partiyadan ibarət olan Millət İttifaqının namizədi Əkrəm İmamoğlu  İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri oldu.
 
 Müxtəlif etirazlar əsasında bəziləri yenidən sayılan səsvermə protokollarına görə, Əkrəm İmamoğluna 4 milyon 169 min 765 səs, Ədalət və İnkişaf  Partiyasının namizədi Binəli Yıldırıma 4 milyon 156 min 036 səs verilib.
 
 Nəticənin Mərkəzi Seçki Komissiyasının sisteminə daxil edilməsindən sonra İmamoğlu Şəhər Seçki Şurasından onun İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olduğunu təsdiqləyən möhürlü sənədi aldı.
 
 Əkrəm İmamoğlu daha sonra da  Saraçhanədəki İstanbul Böyükşəhər Bələdiyyəsinin binasına gedərək bələdiyyə rəhbəri vəzifəni Mövlud Üzüyoldan təhvil aldı.
 
 İmamoğlu bunları söylədi: "Bələdiyyə sədri vəsiqəsini aldım, şərəf və fəxr hissi keçirirəm, xoşbəxtəm,  Bu vəsiqəni 16 milyon insanımız adına təhvil aldım. Bu şəhərin ehtiyaclarını bilirik. Bu şəhərdə yaşayan hər kəsin tələblərini bilirik və tez bir zamanda xidmət etməyə başlayacağıq".
 
 Bu arada, Ədalət və İnkişaf Partiyasının Ali Seçki Şurasına seçkilərdə pozuntuların olmasını əsas göstərərək, İstanbul bələdiyyə seçkilərinin ləğvi üçün etdiyi müraciətin nəticələnməsini gözlənilir.
 
 Eyni istiqamətdə bir müraciət də ötən gün Cümhur İttifaqının digər üzvü olan Milliyyətçi Hərəkat Partiyası (MHP) tərəfindən edilib.



Әlaqәli Xәbәrlәr