Şimali Kipr Türk Cümhuriyyәtinin 8 bölgәsindә ‘‘Xoşniyyәt festivalı’’ keçirilib
Xaricdә Yaşayan Türklәr vә Әqraba Topluluqları İdarәsinin sәdri Abdullah Eren Kiprdәki Türk icmasının rifahı vә Türkiyә ilә olan әlaqәlәrin daha da güclәnmәsi üçün әllәrindәn gәlәni etmәyә sәy göstәrdiklәrini ifadә edib.
Xaricdә Yaşayan Türklәr vә Әqraba Topluluqları İdarәsinin sәdri Abdullah Eren Kiprdәki Türk icmasının rifahı vә Türkiyә ilә olan әlaqәlәrin daha da güclәnmәsi üçün әllәrindәn gәlәni etmәyә sәy göstәrdiklәrini ifadә edib.
Kipr Vәqflәr İdarәsinin tәşkilatçılığı ilә Şimali Kipr Türk Respublikasındakı 8 bölgәdә ‘‘Xoşniyyәt festivalı’’ keçirilib.
Xaricdә Yaşayan Türklәr vә Әqraba Topluluqları İdarәsinin sәdri Abdullah Eren festival çәrçivәsindә Şimali Kiprdә müxtәlif danışıqlar aparıb.
Şimali Kiprin prezidenti Mustafa Akıncı ilә bir araya gәlәn Eren sәfәri çәrçivәsindә baş nazir Tufan Erhürman, baş nazirin müavini vә xarici işlәr naziri Kudret Özersay ilә dә görüşüb. Görüşlәrdә әmәkdaşlıq imkanları qiymәtlәndirilib, görülәcәk birgә işlәr әtrafında fikir mübadilәsi aparılıb.
Abdullah Eren proqram çәrçivәsindә hәmçinin Şimali Kipr Vәqflәr İdarәsinin 448 quruluş vә Vәqflәr Hәftәsi münasibәtilә ‘‘Xoşniyyәt’’ adı altında keçirilәn mәrasimә dә qatılıb.
Tәdbirdә çıxış edәn Şimali Kipr prezidenti Mustafa Akıncı festivala verdiyi töhfәlәrә görә Xaricdә Yaşayan Türklәr vә Әqraba Topluluqları İdarәsinin sәdri Abdullah Erenә tәşәkkür edib.
Abdullah Eren sәfәrlә bağlı verdiyi açıqlamada Kipr adasındakı Türk icmasının rifahı vә Türkiyә ilә olan әlaqәlәrin daha da güclәnmәsi üçün әllәrindәn gәlәni etmәyә sәy göstәrdiklәrini ifadә edib.
‘‘Şimali Kiprin vә adadakı Türk icmasının bizim ürәyimizdәki yeri fәrqlidir. Hәm Türkiyәnin xarici siyasәtindә, hәm dә qurumumuzun fәaliyyәtlәri arasında әhәmiyyәtli yer tutur. Biz dә Şimali Kiprin 8 bölgәsindә ‘‘Xoşniyyәt festivalı’’ na dәstәk veririk. Növbәti prosesdә Şimali Kiprdә daha gözәl layihәlәr hәyata keçirәcәyik’’,- deyә Xaricdә Yaşayan Türklәr vә Әqraba Topluluqları İdarәsinin sәdri qeyd edib.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq