İbrahim Kalın Türkiyә-ABŞ münasibәtlәrini qiymәtlәndirib

Türkiyә Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın ABŞ-ın paytaxtı Vaşinqtonda Türkiyə-ABŞ Biznes Şurası və  Amerika-Türkiyə Şurası  tərəfindən təşkil olunan 37-ci  Birgə İllik Konfransında iştirak edib.

1183993
İbrahim Kalın Türkiyә-ABŞ münasibәtlәrini qiymәtlәndirib

 

Türkiyә Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın ABŞ-ın paytaxtı Vaşinqtonda Türkiyə-ABŞ Biznes Şurası və  Amerika-Türkiyə Şurası  tərəfindən təşkil olunan 37-ci  Birgə İllik Konfransında iştirak edib.

Burada jurnalistlәrә müsahibә verәn İbrahim Kalın iki ölkә arasındakı münasibәtlәri qiymәtlәndirib.

‘‘ABŞ-ın Türkiyә ilә sanksiya diliylә danışması yanlış yanaşmadır. ABŞ-la bir çox sahәdә әmәkdaşlıq edirik. Sanksiya dili ilә danışmağı davam etsәniz mәqsәdlәrimizә necә çata bilәrik?’’,-deyә Türkiyә Prezident Aparatının mәtbuat katibi qeyd edib.

Türkiyә-ABŞ münasibәtlәrindә әn mühüm problemlәrdәn birinin ABŞ-ın Suriyada separatçı terror tәşkilatı  YPG/PKK-ya verdiyi dәstәk olduğunu deyәn İbrahim Kalın bildirib ki, Türkiyә öz torpaqlarında terror tәşkilatı PKK-ya qarşı çox qәtiyyәtli vә uğurlu mübarizә aparır. Suriyada YPG/PKK-ya verilәn hәr hansı bir dәstәk bilavasitә vә ya dolayı olaraq  PKK-ya verilәn dәstәkdir.  

İbrahim Kalın 2016-cı ilin 15 iyul tarixindә  dövlәt çevrilişinә cәhd göstәrәn  Fәtullahçı Terror Tәşkilatı FETÖ-nün Türkiyә-ABŞ münasibәtlәrini zәdәlәmәk üçün sәylәr göstәrdiyini bildirib.

Türkiyә ilә Rusiya arasındakı münasibәtlәrә dә toxunan İbrahim Kalın deyib: ‘‘Türkiyә ilә Rusiya arasındakı münasibәltәr üçüncü bir ölkәyә heç bir şәkildә tәhdid tәşkil etmir. Rusiya regionumuzdakı mühüm tәrәfdaşımızdır. Biz NATO-ya üzv ölkәyik. Bu sәbәblә ABŞ vә NATO ilә strateji tәrәfdaşlığımıza çox әhәmiyyәt veririk’’.



Әlaqәli Xәbәrlәr