"Təhdidlər, ultimatumlar və vaxtvermələr həm də ittifaq ruhuna ziddir", H.Akar

Bunu Vaşinqtonda Türkiyə-Amerika Şurasının konfransında çıxış edən Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

1183858
"Təhdidlər, ultimatumlar və vaxtvermələr həm də ittifaq ruhuna ziddir", H.Akar

"Təhdidlər, ultimatumlar və vaxt vermələr konstruktiv deyil, həm də ittifaq ruhuna ziddir". Bunu Vaşinqtonda Türkiyə-Amerika Şurasının (ATC) konfransında çıxış edən Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Türkiyə və ABŞ arasındakı S-400 böhranına toxunan nazir S-400 zenit-raket kompleksləri və F-35 qırıcılarının bir-biri ilə əlaqələndirilməsinin düzgün olmadığını deyib.

Hulusi Akar onu da bildirib ki, "Suriyada yaradılacaq təhlükəsiz bölgə Türkiyənin əmniyyətilə bağlı narahatlıqlarına cavab verməlidir. ABŞ-la bunu müzakirə edirik. Təhdidlər, ultimatumlar və vaxt vermələr konstruktiv deyil, həm də ittifaq ruhuna ziddir".



Әlaqәli Xәbәrlәr