"Hollandiyanı terrora qarşı mübarizədə əməkdaşlığa dəvət edirik":Çavuşoğlu

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Hollandiyanın paytaxtı Amsterdamda təşkil edilən Türkiyə-Hollandiya (Wıttenburg) yığıncağının növbəti iclasında iştirak edib.

1181673
"Hollandiyanı terrora qarşı mübarizədə əməkdaşlığa dəvət edirik":Çavuşoğlu

Çavuşoğlu, iclasdan sonra mitbuata verdiyi açıqlamada Hollandiya Xarici işlər naziri Blok ilə görüşdüyünü, danışıqlarda konsulluq işləri və terrora qarşı mübarizə başda olmaqla fərqli mövzuları müzakirə etdiklərini qeyd edib. Hollandiya Baş naziri Mark Rutteun yaxın gələcəkdə Türkiyəyə səfər edəcəyini bildirib. Çavuşğulunun sözlərinə görə danışıqlar zamanı Türkiyə-Avropa İttifaqı əlaqələri də müzakirə olunub. Avropa parlamentindəki (AP) qütbləşmə və irqçiliyin artmasının təkcə Türkiyə üçün yox, alyansa namizəd olan digər ölkələri də narahat etdiyinə diqqət çəkən Çavuşoğlu: “ Xeyli sahədə birgə addım atabilərik. Əməkdaşlıq ediləsi fərqli sahələr mövcutdur. Miqrasiya mövzusu bu sahələrdən biri hesab edilir. Hollandiyada yaşayan Türklərə qarşı ayrı-seçkilikdə azalma olduğunu müşahidə edirik. Narkotik maddə qaçaqmalçılığı edən separatçı terror təşkilatı PKK / YPG və Feto başda olmaqla heç bir terror təşkilatı Hollandiyanı baza kimi istifadə etməməlidir. Buna icazə verməməliyik” -deyə Çavuşoğlu vurğulayıb.



Әlaqәli Xәbәrlәr