"Fransa əvvəl öz qaranlıq tarixinə nəzər salsın", M.Çavuşoğlu

Mövlud Çavuşoğlu Makronun qərarına reaksiya göstərdi.

1181565
"Fransa əvvəl öz qaranlıq tarixinə nəzər salsın", M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Makronun qərarına reaksiya göstərdi.

Çavuşoğlu şəxsi “Twitter” səhifəsində yazıb ki, Fransa prezidenti Makronun “24 aprel” sərəncamı Avropa İnsan Haqları Məhkəməsi və Fransanın Konstitusiya Məhkəməsinin qərarlarını açıq şəkildə pozur. Makron seçki kampaniyasında ermənilərə verdiyi vədləri yerinə yetirməyə cəhd göstərərək yenə  popülizmi körükləyir. Əvvəl öz qaranlıq tarixinə nəzər salsın. Ruanda soyqırımının üzərindən 25 il keçib.  

Xarici işlər Naziri Çavuşoğlu Türkiyə-Hollandiya (Wittenburg) 7-ci Konfransından sonra Amsterdamda hollandiyalı həmkarı Stef Blok ilə keçirilən birgə mətbuat konfransında isə deyib ki, bu qərarın bizim üçün heç bir etibarlılığı yoxdur. Bu məsələdə biz də lazımi tədbirləri onsuz da alacağıq. Bununla bağlı Ankarada bəzi cəhdləri başladıq.

 Bu cür siyasi qərarlar almağın tarixi təhrif etməyin siyasətçilərə yaraşmadığını vurğulayan Çavuşoğlu "Siyasətçilərin bu məsələlərdə qərar qəbul etməsi düzgün deyil. Xüsusilə Fransanın bu məsələdə qərar alması hər baxımdan tragikomikdir. Fransanın öz tarixinə baxması lazımdır" deyə bildirib.

Fransa Prezidenti Emmanuel Makron aprelin 24-ünü qondarma “erməni soyqırımı qurbanlarının” xatirəsi günü elan edib.

 Makronun bu qərarından sonra 24 aprel Fransanın rəsmi təqvimində yer alacaq.



Әlaqәli Xәbәrlәr