Ərdoğan-Putin görüşü Rusiya mediasında geniş yer aldı

Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyanın paytaxtı Moskvada Rusiya prezidenti Vladimir Putin ilə görüşünü geniş işıqlandıran Rusiya mediası Ərdoğanın S-400 zenit-raket sistemini almaqdan imtina edilməyəcəyilə bağlı sözlərinə diqqət çəkdi.

1180068

Rusiya mətbuatı dünən Moskvada keçirilən Ərdoğan-Putin görüşündən yazdı.

“RIA Novosti” xəbər agentliyi “Türkiyə S-400 zenit-raket sistəmini almaqdan imtina etmək niyyətində deyil” başlığı ilə çatdırdığı xəbərdə yazıb ki, Ərdoğan heç kəsin dövlətin suverenliyinə müdaxiləyə təşəbbüs etməsinə icazə verməyəcəyini və S-400 mövzusunda geri addımın atılmayacağını vurğuladı.

“İzvestiya” qəzetinin xəbərində Putinin Ərdoğan ilə ətraflı görüşlər keçirdiyini bildirərək, iki lidərin investisiya fondu yaradılması barədə razılıq əldə etdiyini yazıb.

“Rossiyskaya Gazeta” iki liderin tərəflər arasındaki iqtisadi əlaqələrin inkişafı ilə bağlı açıqlamalarına diqqət çəkərək, “Putin və Ərdoğan ikili ticarət və investisiya mövzularını müzakirə etdilər, iş adamlarının fəaliyyətlərini asanlaşdırmaq barədə vədlər verdilər” deyə yazıb.

“TASS” Rusiya xəbər agentliyi “Putin və Ərdoğan iki ölkə arasındaki əməkdaşlığı inkişaf etdirmək mövzusunda razılaşdı” başlıqlı xəbərində yazıb ki, iki liderin görüşündə S-400 zenit-raket sistemilə bağlı razılaşmanın həyata keçirilməsi məsələsi müzakirə olundu.

Әlaqәli Xәbәrlәr