Türkiyə XİN rəhbəri Əziz Səncər ilə görüşdü

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ səfəri proqramı çərçivəsində Şimali Karolinaya getdi. Nazir burada Nobel mükafatı laureatı Əziz Səncər ilə görüşdü.

1178358
Türkiyə XİN rəhbəri Əziz Səncər ilə görüşdü


 ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-york, Vaşinqton və Mayami görüşlərindən sonra Şimali Karolinaya getdi.
 
 Burada  Nobel mükafatı laureatı, dünya şöhrətli alim Əziz Səncər və xanımı Qven Səncər ilə görüşən Çavuşoğlu Səncər ilə elmi işləri və universitetdəki fəaliyyətləri barəsində danışdı.
 
Şimali Karolina Universitetində Səncərin işlədiyi laboratoriyada olan xarici işlər naziri universitetdəki tələbələrlə söhbət etdi və eyni bölgədə Səncər Fonduna aid qısa müddət əvvəl açılan Türk Evinə dair  məlumat əldə etdi.
 
 Çavuşoğlu daha sonra Şimali Karolina regionunda təhsil alan türkiyəli və amerikalı tələbələrlə, Türkiyə vətəndaşları ilə bir araya gəldi.
 
 Burada qısa bir çıxış edən nazir: "Buraya gəlməkdə məqsədimiz Türk millətinin və Türk dünyasının qüruru olan Əziz Səncərlə görüşmək idi. Bu şərəfi bu gün yaşadıq. Əziz müəllim gəldiyi yeri unutmayan və gəldiyi yerdəki dəyərləri heç unutmayan çox dəyərli bir böyüyümüzdür" dedi.
 
 Uğurlarına görə Səncəri bir daha təbrik edən Çavuşoğlu alimin bir çox Türk və başqa millətlərdən olan tələbələrin ilham mənbəyi olduğunu vurğuladı.
 
 Türk dövlətinin dünyanın hər yerindəki Türklər ilə yaxından maraqlanmağa davam edəcəyini qeyd edən nazir: "Türk dövlətinin daim yanınızda olacağına əmin ola bilərsiniz" deyə danışdı.
 
 Türkiyə-Amerika münasibətlərində bəzi məsələlərdə ABŞ ilə razılaşdıqlarını bəzi məsələlərdə isə razılaşa bilmədiklərini bildirən Çavuşoğlu: "Aramızdakı problemləri minimuma endirmək üçün çalışırıq" dedi.
 
 Çavuşoğlu proqramı təşkil edən Şimali Karolina Amerikan-Türkiyə Dərnəyinin (ATA) rəsmilərinə də təşəkkürünü bildirdi.
 
 Türkiyə xarici işlər naziri proqramdan sonra salonda olanlarla vidalaşdı. daha sonra  Türkiyəyə getmək üçün Şimali Karolinanı tərk etdi.



Әlaqәli Xәbәrlәr