Ərdoğan Rusiyaya gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VIII Toplantısı üçün 8 apreldə Rusiyaya gedir.

1178320
Ərdoğan Rusiyaya gedir

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VIII Toplantısı üçün 8 apreldə Rusiyaya gedir.  

  Türkiyə Prezident Aparatı mətbuat xidmətindən verilən məlumata görə, Ərdoğan və rusiyalı həmkarı Vladimir Putinin başçılığı ilə keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VIII Toplantısında müvafiq nazir və rəsmi şəxslər iştirak edəcək.

  Rusiya-Türkiyə ikitərəfli münasibətlərinin əhatəli müzakirə olunacağı toplantıda, Suriya başda olmaqla, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılması və bununla əlaqədar müxtəlif müqavilələrin imzalanması planlaşdırılır.

  Toplantıdan sonra iki ölkə başçısı Türkiyə və Rusiya iş adamları ilə də bir araya gələcəklər.

  Eyni zamanda, Moskvanın məşhur “Bolşoy Teatr”ında Ankara Dövlət Opera və Baleti Teatrı artistləri tərəfindən oynanılacaq “Troya” operası ilə Rusiyada Mədəniyyət və Turizm İlinin açılışı olacaq.



Әlaqәli Xәbәrlәr