Türkiyə Eritreya ilə bağlı bəyanat yaydı

Türkiyə Xarici İşlər Nazirliyi Afrika ölkələrilə çoxtərəfli iş birliyinin davam etdirildiyini və qitənin təhlükəsizliyinə böyük əhəmiyyət verildiyini bildirdi.

1178126
Türkiyə Eritreya ilə bağlı bəyanat yaydı

  Türkiyə Xarici İşlər Nazirliyi Afrika ölkələrilə çoxtərəfli iş birliyinin davam etdirildiyini və qitənin təhlükəsizliyinə böyük əhəmiyyət verildiyini bildirdi.  

  Nazirlikdən verilən məlumatda Eritreya İnformasiya Nazirliyinin 3 aprel tarixli açıqlamasında Türkiyəyə qarşı əsasız fikirlərinin təəssüflə qarşılandığı yazılır:

  “Afrikanın strateji tərəfdaşlarından biri kimi Türkiyə Afrika ölkələri çoxtərəfli iş birliyini davam etdirməkdədir və qitənin təhlükəsizliyi və sabitliyinə böyük əhəmiyyət verir. Bu çərçivədə Efiopiya və Eritreya münasibətlərindəki normallaşma prosesindən və Afrika Buynuzunun sabitliyi kontekstindəki inkişafdan duyulan məmnuniyyəti müxtəlif vasitələrlə ictimaiyyətlə bölüşmüşdür".



Әlaqәli Xәbәrlәr