Beynәlxalq TDV tәqaüd proqramına 9 min 646 tәlәbә müraciәt edib

Xarici tәlәbәlәrә Türkiyәdә tәhsil imkanı verәn  proqrama müraciәtlәr başa çatıb.

1177853
Beynәlxalq TDV tәqaüd proqramına 9 min 646 tәlәbә müraciәt edib

 

Türkiyə Diyanət Vəqfinin  beynəlxalq tələbə proqramlarına 107 fərqli ölkədən 9 min 646 tələbə Türkiyədə təhsil almaq üçün müraciət etdi.

Xarici tәlәbәlәrә Türkiyәdә tәhsil imkanı verәn  proqrama müraciәtlәr başa çatıb.

Beynəlxalq təhsil proqramlarına  2018-ci ildә  105 ölkədən 8 min 505 tələbə, bu il isə 107 ölkədən 9 min 646 tələbə müraciət etdi.  Bu il, Beynəlxalq İmam Hatib  Liseyinin proqramına 83 ölkədən 4 min 337 sagird, beynəlxalq ilahiyyat üzrә  lisenziya proqramlarına isә 102 ölkədən 5 min 309 tələbə müraciət edib.

Mәlumata әsasәn, müraciətlər  aprel ayı ərzində qiymətləndiriləcәk.

Müәyyәn kriterilәrә cavab verәn namizәdlәr beynәlxalq TDV tәqaüd proqramına qәbul edilәcәklәr.  

Türkiyə Diyanət Vəqfi  2019-cu il  Beynəlxalq Tələbə Proqramları çərçivəsində  ümumilikdә 650 tәlәbә vә şagirdә  Türkiyәdә tәhsil alma imkanı verilәcәk.



Әlaqәli Xәbәrlәr