“Hər kəs həddini bilməlidir”: Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan martın 31-də keçirilən bələdiyyə seçkilərinin nəticələrinə görə səsləndirilən etirazlarla bağlı ilk dəfə danışıb.

1177990
“Hər kəs həddini bilməlidir”: Ərdoğan

Bəzi  seçki   bölgələrində  səslərin  yenidən  sayılmasına   etiraz  edən   ABŞ və  Avropa   İttifaqına sərt  reaksiya  verən  prezident  Ərdoğan  seçki prosesinin bitdiyini, lakin bununla da məhkəmə prosesinin başladığını  ifadə  edərək : “Məhkəmə prosesində bu işin 3 mərhələsi var: “Şəhər, rayon seçki qurumları və Mərkəzi Seçki Komissiyası” (MSK). MSK məhkəmə prosesinin demək olar ki rəhbəridir. Yekun qərarı o verəcək”, – deyə prezident söyləyib.

Rəsmi Vaşinqtonun səslərin yenidən sayılmasına etiraz etməsinə də münasibət   bildirən  Ərdoğan: “ABŞ da, Avropa da bilsin ki, Türkiyə bütün dünyaya demokratiya dərsini vermiş  bir ölkədir. Hər kəs həddini bilsin. Onlar bizim kimi demokratiya mübarizəsini aparırlar?! Aparmırlar!”.

Prezident Türkiyə - Rusiya Yüksək  Seviyyəli Strateji Şura yığıncağına da  toxunub. Tədbirin  S-400 hava müdafiə sistemləri  baxımından  əhəmiyyətini   vurğulayıb.  ABŞ-ın   bu  barədəki söz-söhbətlərinin  səhv     olduğunu  ifadə  edərək:  “Biz  S-400-lərlə      əlaqəli  prosesi  yekunlaşdıraraq    ödənişlərə  belə  başladıq  və   İyul  ayında   Türkiyəyə  təhvil   prosesi   başlayacaq. ABŞ-dan  satın  aldığımız   F-35 qırıcı  təyyərələr  mövzusunda   fərqli açıqlamalara   baxmayaraq  4-cü təyyarənin  də  qıssa  müddətdə   Türkiyəyə   təhvil veriləcəyinə  inanıram.   Hazırda  bu  ölkədə pilotlarımıza  təlim  keçilir.     



Әlaqәli Xәbәrlәr