Çavuşoğlunun Türkiyə-ABŞ əlaqələri diplomatiyası

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri, demokrat Eliot Engel və baş üzvü respublikaçı Maykl Makkol (Michael McCaul) ilə görüşdü.

1176707
Çavuşoğlunun Türkiyə-ABŞ əlaqələri diplomatiyası

 Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində Vaşinqtonda səfərdədir.

Çavuşoğlu səfər proqramı çərçivəsində ABŞ Konqresində görüşlər keçirdi.
 
Xarici işlər nazirinin Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri, demokrat Eliot Engel və baş üzvü, respublikaçı Maykl Makkol (Michael McCaul) ilə görüşündə Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıc da iştirak etdi.  Çavuşoğlunun görüşdə Türkiyə-ABŞ münasibətlərini maraqlandıran aktual məsələ və problemlərdən və bu istiqamətdə Türkiyənin mövqeyindən bəhs etdiyi bildirilir.
 
 Digər tərəfdən, Çavuşoğlu Çex Respublikası və Şimali Makedoniyanın xarici işlər nazirləri ilə də ikitərəfli görüşlər keçirdi.
 
 Nazir bu görüşlər barəsində "Twitter" hesabından bunları yazdı: "Çex Respublikasının xarici işlər naziri Tomas Petriçek ilə ikitərəfli ticarətin  həcmi və qarşılıqlı sərmayələr başda olmaqla, Türkiyə-Çexiya əlaqələrindən danışdıq. Şimali Makedoniya xarici İşlər naziri Nikola Dimitrov ilə görüşümüzdə ikitərəfli əlaqələrimizi və regional məsələləri müzakirə etdik. Şimali Makedoniyanı NATO-nun 30-cu üzvü kimi ən yaxın zamanda aramızda görmək istədiyimizi bir daha vurğuladıq". 
 
Bir daha xatırladaq ki, Türkiyə xarici işlər naziri  NATO-nun yaranmasının 70-ci ildönümü  münasibətilə bu gün keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün Vaşinqtonda səfərdədir. 

Çavuşoğlunun Vaşinqton səfəri proqramına Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton (John Bolton) ilə görüş də daxildir.
 



Әlaqәli Xәbәrlәr