Türkiyə Yəmənin ümidi oldu

Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi (AFAD) Yəmənə 7 min qutu qida məhsulu, 640 yataq dəsti, 850 ədyal və min məktəb çantasından ibarət yardım çatdırdı.

1176307
Türkiyə Yəmənin ümidi oldu

Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi (AFAD) Yəmənə 7 min qutu qida məhsulu, 640 yataq dəsti, 850 ədyal və min məktəb çantasından ibarət yardım çatdırdı.

Yəməndə 2015-ci ildə şiddətlənən qarşıdurmalardan bu günədək 29 milyonluk əhalinin 80 faizini təşkil edən  24 milyon insan yardıma möhtac vəziyyətə düşüb.

20 milyon insanın aclıq təhlükəsi altında həyat mübarizəsi verdiyi ölkədə 17,8 milyon insan təmiz sudan məhrum halda yaşayır, 19,7 milyonu da səhiyyə xidmətlərindən faydalana bilmir.

Yəməndə hər 10 dəqiqədə bir uşaq müxtəlif xəstəliklərdən, və ya aclıqdan ölür.

Ölkədə yaşanan insanlıq faciəsinə syrçi qalmayan Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi (AFAD) 4 ay əvvəl "Yəmənə ümid ol" adıyla başladığı humanitar yardım kampaniyası çərçivəsində bu ana qədər 7 min qida qutusu, 640 yataq dəsti, 850 ədyal və 1000 ədəd məktəb çantasından ibarət yardımı yəmənlilərə çatdırıb.

AFAD rəsmiləri kampaniyaya dəstək olmaq üçün Yəməndə humanitar böhrana seyrçisi qalmayan insanları dəstək verməyə çağırırlar.

Səlahiyyətlilər hər 10 dəqiqədə bir uşağın həyatda qala bilməsi üçün həssas vətəndaşların "Yəmən" yazıb 1866-ya SMS göndərərək 10 lirə töhfə verə biləcəyini, və ya AFAD-ın internet saytı üzərindən hədiyyə edə biləcəyini bildirirlər.

Qeyd etmək lazımdır ki, BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən nəşr olunan 2019 Global Qida Böhranına dair Hesabatında da Yəmən keçən il aclıq təhlükəsi ilə üzləşən ölkələrdən biri kimi göstərilib.



Әlaqәli Xәbәrlәr