Hulusi Akar Şimali Makedoniyanın müdafiə naziri ilə görüşdü

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Makedoniyanın Fətullahçı Terror Təşkilatı (FETÖ) mövzusunda lazımi addımlar atacağına inandığını söylədi.

1176422
Hulusi Akar Şimali Makedoniyanın müdafiə naziri ilə görüşdü
Akar-Sekerinska2.jpg
Akar-Sekerinska1.jpg

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Makedoniyanın Fətullahçı Terror Təşkilatı (FETÖ) mövzusunda lazımi addımlar atacağına inandığını söylədi.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar rəsmi səfərdə olduğu Şimali Makedoniyanın paytaxtı Skopyedə Müdafiə Nazirliyində baş nazirin müavini və müdafiə naziri Radmila Şekerinska tərəfindən hərbi mərasimlə qarşılandı.

İkitərəfli görüşdən sonra heyətlərarası görüşlərə də başçılıq edən Akar və Şekerinska birgə mətbuat konfransı təşkil etdilər.

Akar mətbuat konfransında terror təşkilatları ilə mübarizə mövzusuna toxundu, Makedoniyada FETÖ-nün bəzi başçılarının olduğunu söylədi.

Ən son terrorçu zərərsizləşdirilənədək Türkiyənin mübarizəsinin davam edəcəyini vurğulayan Akar: "Bu mövzuda Türkiyə və Makedoniya orqanlarının bir sıra fəaliyyətləri oldu. Qarşıdakı dövrdə daha konkret addımlarla bu terror bəlasından xilas olmamız hər  iki ölkənin xeyrinə olacaq" dedi.

Hulusi Akar Şimali Makedoniyanın NATO üzvlüyünü dəstəklədiklərini də söylədi.

Radmila Şekerinska da, Şimali Makedoniyanın NATO-ya üzvlük prosesinin böyük hissəsini Türkiyənin onlara qapılarını açdığına görə qət etdiklərini ifadə edərək, Türkiyə ilə Şimali Makedoniyanı güclü bir dostluq və əməkdaşlıq birləşdirdiyini vurğuladı.

Müdafiə sahəsində əməkdaşlığa toxunan Şekerinska  ordunun modernləşdirilməsi çərçivəsindəki imzalanmış hərbi müqavilənin fevralın 5-də qüvvəyə mindiyini və xaricdəki hərbi missiyaların da müvəffəqiyyətli əməkdaşlığın ən yaxşı nümunəsi olduğunu söylədi.

Şekerinska Türkiyədəki hərbi akademiyalarda təhsil alan hərbi personalın sayının 1200-ü keçdiyini qeyd edərək: "Türkiyəyə ölkəmizin NATO-ya üzvlük protokolunun imzalanması yolunda verdiyi dəstəyə görə təşəkkürümüzü ifadə etmək istəyirəm. Bu, bizim üçün əhəmiyyətlidir" dedi.



Әlaqәli Xәbәrlәr