Çavuşoğlu tikintisi davam edən Türk evinə baş çəkib

ABŞ-ın New-York ştatında tikintici davam edən Türk Evi Manhattan mənzərəsini daha da zənginləşdirəcək. Bunun Xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib.

1176334
Çavuşoğlu tikintisi davam edən Türk evinə baş çəkib

Xarici işlər naziri M.Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının New Yorkdakı binasının qarşısında tikintisi davam edən Türk Evini ziyarət edərək aparılan işlər ilə bağlı məlumat alıb. Naziri burada Türkiyənin BMT yanında daimi nümayəndəsi Feridun Sinirlioğlu, Türkiyənin New York Baş konsulu Alper Aktaş, Baş konsulluq işçiləri, tikinti işlərini aparan firmanın məsulları və mətbuat mənsubları müşayiət edib. Çavuşoğlu burada verdiyi açıqlamada : “New York Türk Evi, Xarici İşlər Nazirliyinin tarixində xaricdə həyata keçirdiyi ən böyük tikinti layihə hesab edilir. New York Türkevi, beynəlxalq siyasətin formalaşdığı və qlobal yolların kəsişdiyi bu şəhərləri cazibə mərkəzinə çevirərək daha da zənginləşdirəcək. New Yorkun simvolu hesab edilən binalardan biri olacaq. Manhattan mənzərəsinin ehtişamını artıracaq. Nyu-Yorkda görüləsi abidə memarlıq strukturları arasına daxil olacaq. Həmçinin Türkiyənin beynəlxalq arenada həmişə müdafiə etdiyi dəyərlər sisteminin də simvolu olacaq.



Әlaqәli Xәbәrlәr