Türkiyə müdafiə sənayesi LAAD sərgisinə hazırdır

Türkiyə 2-5 aprel tarixlərində Braziliyada keçiriləcək 12-ci LAAD Müdafiə və Təhlükəsizlik Sərgisində Cumhurbaşkanlığı Müdafiə Sənayesi İdarəsinin  liderliyi ilə 17 firma ilə iştirak edəcək.

1175042
Türkiyə müdafiə sənayesi LAAD sərgisinə hazırdır

Türkiyə 2-5 aprel tarixlərində Braziliyada keçiriləcək 12-ci LAAD Müdafiə və Təhlükəsizlik Sərgisində Cumhurbaşkanlığı Müdafiə Sənayesi İdarəsinin  liderliyi ilə 17 firma ilə iştirak edəcək.
 
Cumhurbaşkanlığı Müdafiə Sənayesi İdarəsinin verilən məlumata görə, 12-ci LAAD Müdafiə və Təhlükəsizlik Sərgisi Braziliyanın Rio de Janeyro şəhərində 2-5 aprel tarixlərində ölkələrin müdafiə, müdafiə sənayesi nümayəndələri və rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək.
 
 İki ildən bir keçirilən və Latın Amerikasının ən böyük müdafiə sərgisi olan LAAD 2017-ci ildə 450 beynəlxalq firma və 37 mindən çox iştirakçı ilə həyata keçirilib.
 
 Türkiyə LAAD 2019-a  Cumhurbaşkanlığı Müdafiə Sənayesi İdarəsinin  liderliyi ilə 17 firma ilə iştirak edəcək. Sərgidə Latın Amerikası ölkələri başda olmaqla, bütün iştirakçılara Türkiyə müdafiə sənayesi firmaları tərəfindən istehsal olunan məhsullar və xidmətlər təqdim olunacaq.
 
 Sərgi zamanı Türkiyə müdafiə sənayesi firmaları tərəfindən istehsal edilən zirehli vasitə platformaları, müxtəlif pilotsuz quru və hava vasitələri, dəniz sistemləri, silah sistemləri, elektron sistemlər, silah-sursat, simulyatorlar, hərbi tekstil məhsulları, maddi-texniki dəstək məhsulları nümayiş olunacaq.
 
 Türkiyə Aviasiya və Kosmos Sənayesi tərəfindən istehsal edilən "Atak" helikopterinin təqdimatı da bu sərgidə keçiriləcək. Sərgi əsnasında Türkiyənin rəsmi nümayəndə heyətinin sərgidə iştirak edən ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirməsi planlaşdırılır.



Әlaqәli Xәbәrlәr