Türkiyə Mozambikə yardımlarını davam etdirir

Mozambikdə ciddi təbii fəlakətə səbəb olan “İdai” tropik qasırğasının fəsadlarını aradan qaldırmaq üçün 2 həftədir bölgədə olan Türkiyə Qızıl Aypara Təşkilatından mütəxəssis heyəti  humanitar yardım fəaliyyətlərini davam etdirir.

1175317

Mozambik Qızıl Xaçı Komitəsilə koordinasiyalı şəkildə işləyən Türkiyə heyəti ev-eşiyindən olan 233 ailəyə ərzaq yardımı göstərib.

Türkiyə Qızıl Aypara Təşkilatı ekipajına başçılıq edən Bora Atlıhan Türkiyənin Beiraya istiqamətli humanitar yardımlarını ehtiyacı olanlara çatdırmaq üçün bir həftədir şəhərdə olduqlarını bildirərək, yardımları uğurlu şəkildə insanlara payladıqlarını söyləyib.

Digər tərəfdən qasırğa və sel fəlakətinin zərər verdiyi Mozambikdə xolera epidemiyasına düçar olanların sayının 139-a çatdığı bildirilib.

Qitənin cənubundakı ölkələrdən Malavi, Mozambik və Zimbabvedə təsirli olan “İdai” tropik qasırğasına görə bölgədə minlərlə ev və yollar dağılmış, yoluxucu xəstəliklər baş vermişdi.  

Әlaqәli Xәbәrlәr