Türkiyədən seldən zərər çəkənlərə yardım
Türkiyə, Kolombiyanın Choco bölgəsində seldən zərər çəkənlərə yardım çatdırdı.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyindən (TİKA) yayılan yazılı şərhə görə, Kolumbiyanın Choco bölgəsindəki Istminanın mərkəzində seldən zərər çəkən xalqa yardım çatdırılarkən, Andres Bello ibtidai məktəbinin şagirdlərinə də məktəb ləvazimatları paylanıb.
Choco valisi Jhoany Palacios bildirib ki, bölgəsində yoxsulluq sərhəddində yaşayanlar fəlakətdən sonra hər şeylərini itirdilər.
Xatırladaq ki, Choco bölgəsində San Juan çayının keçən həftə daşması ilə bir çox yaşayış yeri suların altında qaldı. 7 mindən çox adam evini və bütün varlığını itirdi.
Әlaqәli Xәbәrlәr
“Pontus iddiaları” Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır
Türkiyə Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada bildirib ...
Türkiyə prezidenti sosial media ilə də İrana başsağlığı verdi
Sosial media hesabından paylaşdığı mesajda R.T.Ərdoğan yazıb ...