Ticarət naziri Ruhsar Pekcan sabah Rusiyada işgüzar səfərdə olacaq

Ticarət naziri Ruhsar Pekcan prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin başçılığında aprelin 8-də Moskvada keçiriləcək Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasından əvvəl Rusiyaya səfər edəcəyini bildirib.

1175776
Ticarət naziri Ruhsar Pekcan sabah Rusiyada işgüzar səfərdə olacaq

Ticarət naziri Pekcan prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin başçılığında aprelin 8-də Moskvada keçiriləcək Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasından əvvəl Rusiyaya səfər edəcəyini bildirib.

Ticarət Nazirliyinin həmin mövzuyla bağlı açıqlamasına görə, Ruhsar Pekcan Rusiya Federasiyasının Enerji naziri və Birgə İqtisadi Komissiyanın bərabər hüquqlu sədri Aleksandr Novak və İqtisadiyyat naziri Maksim Oreşkin ilə ikitərəfli görüşlər keçirəcək.

Pekcanın görüşləri çərçivəsində tərəflər arasındaki ticarət və sərmayə qoyuluşu potensiyalı ilə yanaşı enerji, nəqliyyat, yerli valyuta ilə ticarət, kənd təsərrüfatı, gömrük və turizm kimi müxtəlif sahələrdə əməkdaşlıq imkanları qiymətləndiriləcək.

Görüşlərdə Türkiyədə keçiriləcək Birgə İqtisadi Komissiyanın növbəti yığıncağının təşkili ilə 8-11 iyulda Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək “İNNOPROM” sənaye sərgisinə Türkiyənin partnyor ölkə olaraq iştirakı çərçivəsində keçiriləcək tədbirlər də müzakirə olunacaq.

Nazir Pekcan görüşlərindən dərhal sonra ölkəyə qayıdacaq.



Әlaqәli Xәbәrlәr