Bu gecə Merac gecəsidir

İslam aləmində "Allaha yüksəlmə, yuxarıya qalxma və təmizlənmə" kimi qəbul edilən Merac gecəsi qeyd ediləcək.

1175239
Bu gecə Merac gecəsidir

Müqəddəs Rəqaib, Merac və Berat Qəndilləri, mübarək Qədir gecələrinin olduğu Üç Aylar 7 martda müsəlman dünyasına daxil oldu.

  Həzrəti Məhəmmədin Allahın hüzuruna yüksəldiyi gecə Merac adlanır və üç ayların ilki olan Rəcəb ayının 27-ə düşür.

  Həzrəti Məhəmməd Merac gecəsi Allahu-Təalanın dəvətilə, Cəbrayıl əleyhissalamın müşayətilə Məscidi-Həramdan Məscidi-Əqsaya, oradan səmaya, uca aləmlərə və ilahi hüzura yüksəlib.

  Həzrəti Məhəmmədin Allah qatına yüksəldiyi və müqəddəs səfərin baş verdiyi bu gecəni möminlər Türkiyənin hər yerində məscidlərə gedərək birlikdə Quran və hədislərlə yada salırlar.



Әlaqәli Xәbәrlәr