THY-nin London-Antalya arasında birbaşa reysləri

Türkiyə Hava Yollarının (THY) London və Antalya arasında birbaşa reysləri start götürdü.

1174954
THY-nin London-Antalya arasında birbaşa reysləri

Türk Hava Yollarının (THY) London və Antalya arasında birbaşa reysləri start götürdü.

THY-dan verilən açıqlamaya görə, şirkətin Londondakı Gatwick hava limanı ilə Antalya hava limanı arasında 26 oktyabra qədər günlük birbaşa reyslər başlatdığı bildirilib.

Əvvəlincisi dünən keçirilən uçuşda baş tutan püşk atmada iki sərnişinə London-Antalya gediş-gəliş bileti hədiyyə edilib.

THY yanvar ayında da  London-Ankara birbaşa uçuşlarına başlayıb.

THY Böyük Britaniya adasında İngiltərədə Heathrow, Gatwick, Birmingham, Manchester hava limanları ilə Şotlandiyada Edinburg hava limanı olmaqla 5 nöqtədən Türkiyəyə səfərləri olur.



Әlaqәli Xәbәrlәr