"Hər şey yoluna düşəcək və biz yenə öz yolumuza davam edəcəyik", R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli seçkilərdə Ədalət və İnkişaf Partiyası olaraq özlərinə və birlik olaraq Milliyyətçi Hərəkat Partiyası ilə qurduqları Cümhur İttifaqına təşəkkür etdi.

1174371

  İstanbuldan sonra çıxışını paytaxt Ankarada davam etdirən və yerli seçkilərin nəticələrini qiymətləndirən R.T.Ərdoğan Ədalət və İnkişaf Partiyası mərkəzi qərargahının qarşısında toplaşan vətəndaşlara balkondan səslənərək dedi:  

  “Cümhur İttifaqında, xüsusən də əbədilik həssaslığına sahib olan kürd mənşəli vətəndaşlara minnətdarlığımı bildirirəm.

  Seçilən bütün namizədləri təbrik edirəm.

  İstənilən nəticələrin alınmadığı yerlər üçün “yəqin ki, qəlblər ora kifayət qədər girə biliməyib" deyə bilərəm.

  Hər şey yoluna düşəcək və biz yenə öz yolumuza davam edəcəyik.

  Siyasət millətlə inadlaşma, xalqı kiçiltmə deyil, ölkəyə ən yaxşı xidmət təqdim etməkdir.

  Bu 5 ili də xalqımızla ən məhsuldar şəkildə çalışacağız. Həlli gözlənilən bütün məsələlərin yoluna düşməsi üçün mübarizə aparacağıq".  

Әlaqәli Xәbәrlәr