Türkiyə Venesuela ilə bağlı bir daha münasibətini bildirdi

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Həmid Aksoy Amerika Birləşmiş Ştatlarının Venesuela üzrə xüsusi nümayəndəsi Elliott Abramsın Türkiyə ilə bağlı sözlərini təəssüflə qarşıladığını söylədi.

1173526
Türkiyə Venesuela ilə bağlı bir daha münasibətini bildirdi

 

  Türkiyə Venesuelada seçki yolu ilə iqtidara gələn Nikolas Maduro hökumətini ölkənin qanuni hakimiyyəti kimi tanıdığını bir daha təkrar etdi.

  Xarici İşlər Nazirliyinin sözçüsü Həmid Aksoy Amerika Birləşmiş Ştatlarının Venesuela üzrə xüsusi nümayəndəsi Elliott Abramsın Türkiyə ilə bağlı sözlərini təəssüflə qarşıladığını söylədi.  

  28 martda ABŞ Dövlət Departamentinin "Liveatstate" başlıqlı sosial media proqramına qonaq olan ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliott Abramsın Türkiyəyə ilə bağlı sözlərinə nazirliyin münasibətini H.Aksoy bu sözlərlə bildirdi:

  ”Türkiyə, bir çox ölkə kimi, Venesuelada seçki ilə iqtidara gəlmiş Maduro hökumətini beynəlxalq hüquqa uyğun və Birləşmiş Millətlər Təşkilatında təmsil edildiyi şəkildə ölkənin qanuni hakimiyyəti olaraq tanıyır.

  Türkiyə xarici müdaxilələr və demokratik olmayan üsullarla ölkələrin qanuni rəhbərliklərinin dəyişdirilməsi cəhdlərinə qarşıdır. Bizim ölkə Venesuela ilə beynəlxalq ticarət qaydalarına uyğun və şəffaf şəkildə iqtisadi münasibətdədir. Türkiyə iş birliyi tərəfdaşı kimi gördüyü bütün Latın Amerikası ölkələri ilə əlaqələrini qarşılıqlı hörmət, dostluq və maraq əsasında davam etdirəcəkdir".



Әlaqәli Xәbәrlәr