"31 Mart seçkilərindən sonra ilk işimiz..." R.T.Ərdoğan

İstanbulun Kağıthane səmtində keçirilən mitinqdə xalqa müraciət edən Ərdoğan Beynəlxalq Valyuta Fondu ilə bir əlaqələrinin olmadığını bildirərək deyib

1173614
"31 Mart seçkilərindən sonra ilk işimiz..." R.T.Ərdoğan

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son günlərin iqtisadi hücumları ilə bağlı: "Silahlı terroru bitirməkdə nə qədər qərarlıysaq, iqtisadi terroru bitirməkdə də o qədər qərarlıyıq", - deyə vurğuladı.    

  İstanbulun Kağıthane səmtində keçirilən mitinqdə xalqa müraciət edən Ərdoğan Beynəlxalq Valyuta Fondu ilə bir əlaqələrinin olmadığını bildirərək deyib:

  “Bizim BVF ilə bir əlaqəmiz yox, borcumuzu ödədik, bitdi o iş.

  Son günlər iqtisadiyyat üzərindən Türkiyəni küncə sıxışdırmağa çalışırlar. İstər içəridə, istər kənarda olsun, bu xalqın dəyirmanına su tökənləri heç vaxt bağışlamayacağıq. Silahlı terroru bitirməkdə nə qədər qərarlıysaq, iqtisadi terroru bitirməkdə də o qədər qərarlıyıq.

  31 Mart seçkilərindən sonra ilk işimiz Suriya məsələsini masada deyil, meydançada həll etmək olacaq.

  Atacağımız addımlarla 1 apreldən başlayaraq daha böyük enerjiylə yola çıxırıq."



Әlaqәli Xәbәrlәr