Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının strateji planlaşdırma birgə qrupunun iclası

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Rusiya arasında rəsmi pasport və TIR sürücülərinə viza asanlığı barədə sənədi Rusiya prezidenti Vladimir Putinin imzaladığını söylədi.

1173170
Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının strateji planlaşdırma birgə qrupunun iclası
lavrov-cavusoglu.jpg

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Rusiya arasında rəsmi pasport və TIR sürücülərinə viza asanlığı barədə sənədi Rusiya prezidenti Vladimir Putinin imzaladığını söylədi.

Çavuşoğlu bunu Antalya Belekdə görüş keçirdiyi Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə təşkil etdiyi birgə mətbuat konfransında bildirdi.  

Çavuşoğlu Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının strateji planlaşdırma birgə qrupunun 7-ci iclasını keçirdiklərini və buna görə Lavrov və heyətini Antalyada qonaq etməkdən məmnuniyyət duyduğunu söylədi.

Lavrov ilə hər fürsətdə bir araya gəldiklərini bildirən Çavuşoğlu ikitərəfli əlaqədər, regional mövzuları qiymətləndiriklərini qeyd etdi.

İki ölkə liderlərinin başçılığında aprein 8-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yığıncağından əvvəl müxtəlif mövzuların müzakirə oludğunu vurğulayan Çavuşoğlu dedi: “Ticarətdən enerjiyə, mədəniyyətdən turizmə müxtəlif mövzuları liderlərimiz və əlaqədar nazirlərimiz həmin zirvə yığıncağında müzakirə edəcəklər. Biz də bu gün bu yığıncaqda bunlar üçün hazırlıq gördük. Rusiyadan Trükiyəyə gələn turist sayındakı artım bizi məmnun edir. Yığıncaqda həm də viza məsələsi müzakirə olundu. Rəsmi pasport və TIR sürücülərinə viza asanlığı barədə sənədi Rusiya prezidenti Vladimir Putin imzalayıb. Bunun qüvvəyə mindirilməsilə bağlı fəaliyyətlərimiz davam edir. Gözləntimiz vətəndaşlarımıza tətbiq edilən viza rejiminin ləğv edilməsidir.  Rusiya ilə sadəcə ikitərəfli ələqalər deyil, regional mövzulardakı əməkdaşlıq da güclənib”.

ABŞ Senatına Rusiyadan “S-400” zenit-raket sistemləri aldığına görə Türkiyəyə “F-35” döyüş təyyarələrinin transferlərinin  dayandırılmasını nəzərdə tutan qanun layihəsinin təqdim edilməsi məsələsinə də toxunan Çavuşoğlu bildirdi ki, prinsip olaraq üçüncü ölkələrin iki dövlət arasında qəbul olunmuş qərara etiraz etməsi beynəlxalq siyasətə ziddir. Biz Rusiya ilə razılaşdıq və müqavilə imzaladıq. Artıq bu müqavilə qüvvədədir və hazırda biz zenit-raket komplekslərinin tədarükü haqqında danışırıq. Üçüncü ölkəyə satmaq deyə bir şey yoxdur. Sadəcə öz ölkəmizin ehtiyacı üçün bunlar alınıb.

Sergey Lavrov da görüşlərdə mədəniyyət və turizm mövzuları ilə yanaşı hərbi və müdafiə sahəsindəki əməkdaşlıq və Suriya məsələsinin müzakirə olunduğunu bildirdi.

Açıqlamasında ABŞ-ın Qolan təpələrilə bağlı qərarına da toxunan Lavrov bu məsələnin İsraildə keçiriləcək səçkilərlə əlaqələndirildiyini, amma hadisənin başqa cəhətinin də şüurlu olaraq “mən istədiyimi edərəm” nümayişi olduğunu dilə gətirdi.

Lavrov “Bu beynəlxalq hüquqa ziddir. Bütün beynəlxalq hüquq pozulmuş və tapdalanmışdır” ifadələrini işlətdi.

Lavrov sonda rus heyətinə göstərilən qonaqpərvərliyə görə Çavuşoğluna təşəkkür etmişdir.



Әlaqәli Xәbәrlәr